Qafqaz Universitetində təhsildən yazan jurnalistlərlə görüş keçirilib

Aprelin 20-də Qafqaz Universitetində təhsil sahəsini işıqlandıran bir qrup KİV əməkdaşı ilə görüş keçirilib. Jurnalistlər öncə universiteti gəzərək burada təhsil üçün yaradılmış yüksək şəraitlə tanış olublar. Sonra tədbir "dəyirmi masa" ətrafında davam etdirilib. Media mənsublarını səmimi salamlayan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bu ali məktəbə təyinatı, rektor kimi çalışdığı 2005-ci ildən bəri burada görülmüş işlər, universitetin uğurları haqqında məlumat verib. Rektor çıxışında qeyd edib ki, bu il ilk dəfə olaraq universitetdə iki yeni ixtisas - jurnalistika  və mexanika mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu aparılacaq.
Görüşdə çıxış edən jurnalistlər Qafqaz Universitetində nümunəvi təhsil mühitinin mövcud olduğunu, kadrların yüksək keyfiyyətlə hazırlandığını qeyd edib, bu ali təhsil ocağının ölkə KİV-i ilə sıx əməkdaşlıq etməsini yüksək qiymətləndiriblər.
Tədbirdə iştirak edən KİV təmsilçilərinə Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuş elmi-mədəni və sosial tədbirləri mətbuatda müntəzəm işıqlandırdıqlarına görə universitetin yazılı təşəkkürnamələri təqdim olunub. Görüşün sonunda universitet rəhbərliyi ilə xatirə şəkli çəkdirilib. 
Y.ƏLİYEV
http://www.muallim.edu.az/arxiv/2011/15/25.htm 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF