Azərbaycanda bələdiyyələr: çətinliklər və inkişaf imkanları
11:45 / 19.04.2011
“Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının təşkilatçılığı ilə “Azərbaycanda bələdiyyələr: çətinliklər və inkişaf imkanları” mövzusunda konfrans keçirilib. Konfransda dövlət orqanlarının, bələdiyyələrin, xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların, yerli QHT-lərin təmsilçiləri və müstəqil ekspertlər iştirak edib. Konfransı giriş sözü ilə açan“Vətəndaş cəmiyyəti uğrunda” Mərkəzin rəhbəri Eldar İsmayılov Alyansın əsas missiyasının Azərbaycanda bələdiyyələrin real yerli özünüidarə institutu kimi inkişafı istiqamətində səyləri birləşdirməklə əksmərkəzləşmənin və demokratik proseslərin sürətlənməsinə təkan vermək olduğunu bildirdi. Sonra konfransa maliyyə dəstəyi verən Böyük Britaniyanın Oksfam təşkilatının ölkə üzrə nümayəndəsi Şövkət Əlizadə çıxış etdi. Oksfamın təmsilçisi Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində həyata keçirdikləri fəaliyyətdən danışaraq bələdiyyələrin gücləndirilməsinə xüsusi diqqət ayırdıqlarını bildirdi. Oksfam təmsilçisinin çıxışından sonra “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının koordinatoru Abil Bayramov Alyansın hazırladığı Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı rəy haqqında məlumat verdi. O, bildirdi ki, Alyans hər il öz rəyini yeniləməyi planlaşdırır. A. Bayramov ilk növbədə sənədin strukturu haqqında danışaraq rəyin aşağıdakı bölmələrdən ibarət olduğunu bildirib: yerli idarəetmənin sistemi: yerli icra hakimiyyətləri və bələdiyyələrin statusu; bələdiyyələr birləşmədən sonra, bələdiyyələrin maliyyə resursları; bələdiyyələrin əmlakı; Bakının statusu; bələdiyyələrin kadr potensialı; bələdiyyə orqanlarının təşkili və onlar arasinda səlahiyyət bölgüsü; bələdiyyə assosiasiyalarının fəaliyyəti; bələdiyyələrin hesabatlılığı və bələdiyyə orqanlarının fəaliyyətinə nəzarət; nəticə və tövsiyələr. Koordinator Azərbaycanda yerli özünüidarə sahəsində mövcud problemlərin və həmin problemlərin həllinə yönəlik tövsiyələrin də sənəddə öz əksini tapdığını bildirdi. Sonra İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini Rövşən Ağayev “Azərbaycanda bələdiyyələrin status, səlahiyyət və maliyyə problemləri” mövzusunda təqdimat verdi. R. Ağayev mövzu ilə bağlı aşağıdakıları qeyd etdi: “Nə konstitusiyada, nə də bələdiyyə qanunverirciliyində yerli özünüidarənin statusu və ölkənin ümumi idarəetmə sistemində bu qurumların yeri səhih şəkildə aydınlaşdırılmayıb (qeyri-müəyyənlik problemi). Qanunvericilikdə “yerli idarəetmə”, “yerli idarəetmənin əhatə dairəsi”, “yerli idarəetmənin subyektləri” kimi hüquqi normalar əks olunmayıb. De-fakto bələdiyyələr və yerli icra hakimiyyəti orqanları yerli idarəetmənin müxtəlif xarakterə və statusa malik iki fərqli subyektidir. Amma de-yure onlardan 1-cinin hakimiyyət statusu yoxdur, 2-ci isə fəaliyyət göstərdiyi ərazi çərçivəsində yerli idarəetmə ilə bağlı bütün həlledici qərarları qəbul edən, hər cür rıçaqlara malik real hakimiyyət subyektidir. Dövlət idarəetmə sisteminə aid edilməsindən asılı olmayaraq bələdiyyələr ictimai idarəetmənin bir elementidir və inkişaf etmiş ölkələrdə onlar yerli idarəetmənin həlledici subyekti kimi hakimiyyət statusu daşıyırlar. Bələdiyyələrin konstitusion statusu aydınlaşdırılmalı, bu qurumların ümumi idarəetmə sistemində dəqiq yeri və rolu müəyyənləşdirilməli, onların yerli hakimiyyət statusu təsbit olunmalıdır. Avropa Xartiyasının tələblərinə uyğun olaraq subsidiarlıq prinsipinin qanunvericilikdə effektiv və tam həcmdə tətbiqi təmin olunmalıdır. Müstəsnalıqla bağlı problemlərin aradan qaldırılması üçün dövlət hakimiyyət orqanları ilə bələdiyyələr arasında dəqiq səlahiyyət bölgüsünü özündə əks etdirən qanunvericilik aktları hazırlanmalıdır. Qanunvericilikdə “yerli əhəmiyyətli məsələlər” anlayışının dəqiq hüquqi çərçivələri müəyyən olunmalıdır. Bələdiyyələrin maliyyə resurslarına gəlincə, 2010-cu ildə bütün ölkə üzrə bələdiyyələrin illik gəlirlərinin adambaşına düşən həcmi təxminən 3,2 manat olub. Bələdiyyələrin əlverişli şərtlərlə kreditləşməsi üçün uyğun mexanizmlər işlənib hazırlanmalıdır”.
Sonra Qafqaz Universiteti Bələdiyyə araşdırmaları Mərkəzinin rəhbəri doktor Fikret Elma “Bələdiyyələrin sosial-iqtisadi və siyasi inkişafda rolu” mövzusunda çıxış etdi və Türkiyə təcrübəsindən maraqlı nümunələr gətirdi. Daha sonra tədbir müzakirələrlə davam etdirilib.
Ülkər NƏBİYEVA
http://www.525.az/view.php?lang=az&menu=15&id=28752