LİSEYLƏRƏ QƏBUL İMTAHANI
İlk 3 yeri qazananlar liseydə pulsuz oxumaq şansını əldə ediblər
Ölkənin 9 şəhərində və digər rayonlarında Azərbaycan-Türkiyə özəl liseylərinə 2011-2012-ci təhsil ili üçün qəbul imtahanları keçirilib. İmtahanlarda 5 fənndən 100 sual üzrə biliklərini sınayıblar. Şəkidəki imtahanda 1000 şagirddən yalnız 52 nəfəri, Qubada da 1000 məktəblidən yalnız 80 nəfəri liseylərdə təhsil almaq şansı əldə edəcək. Mingəçevirdə isə 600 şagird imtahanda iştirak edib. İmtahan zamanı 6-ci sinif şagirdlərinə riyaziyyat, məntiq, Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya və biologiya fənni üzrə suallar təqdim olunub. İmtahanlarda ilk üç yeri tutan şagirdlər liseydə pulsuz təhsil almaq hüququ əldə edəcəklər.