Azərbaycanda 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş təntənəli mərasim keçirilib
Səfir Hulusi Kılıc: “Uşaqlar bizim ən dəyərli varlığımızdır, böyük Atatürk “Vətən qədər əziz çocuklar sizə əmanət” deyib”
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Dövlət Filarmoniyasında 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirə Bakıda fəaliyyət göstərən türk və Azərbaycan məktəblərinin şagirdləri qatılıb.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirlinin təhsil üzrə müşaviri Halis Koyunçuoğlu bildirib ki, bu gün həm də Türkiyə Böyük Millət Məclisinin yarandığı gündür: “1920-ci ilin bu günü Vətən övladları böyük zəfər qazandılar. Ulu öndərimiz Mustafa Kamal Atatürk bu günü bütünlüklə uşaqlara ərməğan edib. Çünki Türkiyənin gələcəyini məhz uşaqlar quracaq. 1979-cu ildən isə bu bayram BMT tərəfindən tanınıb. 23 aprel bayramı dünyada qeyd edilən yeganə uşaq bayramıdır. Bu il bu bayramı Türkiyədə 36 ölkədən gəlmiş 8 min uşaq qeyd edir. Onlar bir həftə ərzində Türkiyədə qonaq qalıb bizim adət-ənənələrimizi öyrənəcək və dostluqlar quracaqlar”.
Müşavirin sözlərinə görə, bu il ilk dəfə olaraq 23 aprel bayramına türk məktəbliləri ilə yanaşı, Azərbaycandakı orta məktəblərin şagirdləri də qatılıb: “Azərbaycan da bizim vətənimizdir. Ona görə də Azərbaycanlı uşaqlar Türkiyədəki qardaşlarının bu bayramının mahiyyətini bilməlidir”.
Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc isə bayramda iştirak edən uşaqlara müraciət edib: “Sizlər gələcəkdə böyük türk millətini təmsil edəcəksiniz. Türk dünyası artıq bütün dünyada öz yerini almaqdadır. Uşaqlar bizim ən dəyərli varlığımızdır. Böyük Atatürk “Vətən qədər əziz çocuklar sizə əmanət” deyib. Məhz sizlər bu Vətənin gələcək sahiblərisiniz. Vətənə sahib olmanın yolu isə yaxşı təhsil almaqdan keçir”.
Daha sonra tədbirdə Türk Dünyası Araşdırmalar Vəqfinin Bakı Atatürk Liseyinin, Bakı Anadolu Türk Liseyinin və digər türk məktəblərinin şagirdlərinin ifasında bədii proqram nümayiş olunub.