Şagirdlər Respublika fənn olimpiadalarında yüksək nəticələr əldə edib


Ötən tədris illərində olduğu kimi bu il də Azərbaycan-Türkiyə Özəl Liseylərinin (ATÖL) şagirdləri respublikada keçirilimiş Respublika Fənn Olimpiadalarında yüksək nəticələr göstərmişlər. Belə ki, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin Olimpiada üzrə təşkilatçısı Ünal Akçaydan aldığımız məlumata görə Mingəçevir Özəl Türk Liseyinin şagirdləri Hacı Piriyev, Dilqəm İsrafilov, Zaur Abbasbəyli, Bakı Özəl Türk Liseyinin şagirdləri Azad Salahlı, Şahin Hüseynli, Altun Şükürlü, Sumqayıt Özəl Türk Liseyinin şagirdləri Rəşid Qazıyev, Elşad Mustafayev, Dədə Qorqud Özəl Türk Liseyinin şagirdi Tural Gülməmmədov və Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdi Ramazan Ramazanov fizika, İnformatika və riyaziyyat fənləri üzrə keçirilən Respublika Fənn Olimpiadalarında ən yüksək yerə layiq görülərək qızıl medal əldə ediblər. Bundan başqa Quba, Şəki, Dədə Qorqud, Mingəçevir, Lənkəran, Bakı Özəl Türk Liseylərinin şagirdləri Sübhi Sadıqov, Rəşad Bayramov, Adil Səfərzadə, Naib Bağörov, Həsən Həsənli, Mirağa Qafarzadə, Elvin Ələkbərzadə,və İzmir Əliyev fizika, kimya və riyaziyyat fənləri üzrə keçirilən Respublika Fənn Olimpiadalarında 2-ci yerə olimpiadaların gümüş medalına və Lənkəran, Sumqayıt, Mingəçevir, Ağdaş, Şəki Azərbaycan-Türkiyə Özəl Liseylərinin şagirdləri Mirəşrəf  Kazımov, Süleyman Həsənzadə, Fərzəliyev Valeh, Elmir Əhmədov, Rəhman Cəfərli və Gündüz Səlimli fizika, informatika, kimya və riyaziyyat fənləri üzrə keçirilən Respublika Fənn Olimpiadalarında  bürünc medala layiq görülüblər. Beləliklə Azərbaycan-Türkiyə Özəl Liseylərinin (ATÖL) şagirdləri  2011-ci ildə keçirilən Respublika Fənn Olimpiadalarından 10 qızıl, 8 gümüş və 6 bürünc medal qazanıblar. Ü. Akçay onu da xüsusilə qeyd etdi ki, informatika fənnindən keçirilən Respublika Fənn Olimpiadalarında verilən qızıl medalların hamısını yalnız ATÖL-nin şagirləri əldə ediblər.
www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF