Bakıda İngilis ədəbiyyatına həsr olunmuş Beynəlxalq konfransı keçirildi


Qafqaz Universitetində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” mövzusunda 1-ci Beynəlxalq tələbə konfransı keçirilib.

ANN.Az-ın verdiyi xəbərə görə, açılış mərasimində Qafqaz Universitetinin prorektoru, professor Niftəli Qocayev bu ali məktəbdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb.

Universitetin beynəlxalq əlaqələrinin genişləndiyini qeyd edən N.Qocayev, tələbələrə təhsildə yeni nailiyyətlər arzulayıb. Təhsil müəssisəsinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Altı ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Hindistan, İrandan olan 70-dən çox tələbənin iştirak etdiyi beynəlxalq konfransda ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyəti ilə bağlı geniş müzakirələr aparılıb.
ANN.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF