Ahmet Sanic jurnalistlərlə görüşüb

Aprelin 20-də Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic bir qrup mətbuat nümayəndələrini qəbul edib. Görüş zamanı çıxış edən Ahmet Sanic deyib ki, 2011-2012-ci tədris ilində ilk dəfə olaraq Qafqaz Universitetində jurnalistika fakültəsinə tələbə qəbulu aparılacaq: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarında iştirak edən orta məktəbi bitirmiş abituriyentlər müsabiqədə yetərincə bal topladıqdan sonra universitetə qəbul olunurlar. Qafqaz Universitetində tələbənin təhsil alması xüsusi müqavilə ilə tənzimlənir”. Rektor bildirib ki, Qafqaz Universiteti, inkişaf etmiş dünya universitetləri kimi, qlobal inkişaf prosesi istiqamətində, ölkəyə xas xüsusiyyətləri diqqətə alaraq dünyəvi xarakter daşıyan, bilgi istehsal edən, tədqiqat və ali təhsillə məşğul olan, elmin əldə etdiyi yeniliklərin praktikada tətbiq edilməsini və müzakirə edilərək texnologiyaya çevrilməsini təmin edən, ortaya çıxardığı yenilikləri yayan, təhsil, tədqiqat və ictimaiyyətə xidmət sahələrində sistem və metod təklifləri ilə yeni strategiyalar meydana gətirməyə çalışan bir elm və təhsil ocağıdır. Burada insanların müstəqil və yaradıcı düşünmə qabiliyyətləri inkişaf etməkdə, gənclər ictimaiyyətə və bəşəriyyətə faydalı insanlar olaraq hazırlanmaqdadırlar. Universitet dünyanın qabaqcıl ölkələrində uğurla sınaqdan çıxmış kreditli təhsil sistemini tətbiq edir. Birinci tədris ilində həyata keçirilən dil hazırlığı ilə birlikdə Universitetdə təhsil müddəti 5 ildir. Bu müddət ərzində tələbələr seçdikləri ixtisasın xüsusiyyətləri nəzərə alınmaqla iki və ya üç xarici dili yüksək səviyyədə öyrənmək imkanı əldə edirlər. Mövcud bölmələrin tədris planlarında nəzərdə tutulmuş əsas və əlavə xarici dillərdən imtahanda tələb olunan keçid balını toplayan, TOEFL və bənzəri imtahanlarda müvafiq şəhadətnamə almış tələbələr birbaşa 2-ci kursda təhsilə başlayırlar. 2002-2003-cü tədris ilindən etibarən bəzi ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan Universitet yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompüter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir. Hal-hazırda bakalavr pilləsində 24, magistratura pilləsində 15, aspirantura pilləsində isə 6 ixtisas üzrə mütəxəssis yetişdirməkdədir: “ Universitet təhsil verdiyi tələbələrə sadəcə müasir biliklər verməklə kifayətlənmir. Digər ali məktəb tələbələrinin də iştirakı ilə keçirilən elmi konfranslar onların tədqiqatçı kimi yetişmələrinə şərait yaradır. İdmanın müxtəlif növləri üzrə il ərzində keçirilən yarışlarda qabiliyyətli tələbələr potensial imkanlarını nümayiş etdirə bilirlər”. Görüşün sonunda A.Sanic jurnalistlərə sertifikatlar təqdim edib. S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=28990

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF