Bakıda Boloniya prosesinin aktuallığı müzakirə olundu
18 April, 2011
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində Boloniya prosesində ali təhsildə keyfiyyətin idarə olunmasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Təhsil Nazirliyinin, Qafqaz Universitetinin və Dövlət Pedaqoji Universitetinin təşəbbüsü ilə reallaşan tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov Boloniya sisteminin aktuallığı və əhəmiyyətindən söz açıb. Pedaqoji Universitetin rektoru, professor Yusif Məmmədov belə konfransların keçirilməsinin vacibliyini vurğulayıb. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Boloniya prosesinin təhsil sistemimizə tətbiq olunmasının uğurlu nəticələrindən danışıb.Qeyd edək ki, tədbirdə Türkiyənin Ali Təhsil Qurumunun (YÖK) İdarə Heyətinin üzvü, professor Şaban H. Çalışla yanaşı, Marmara, Sakarya, Qaradəniz, Atatürk universitetlərinin nümayəndələri də çıxış ediblər. Tədbir çərçivəsində konfrans iştirakçıları Heydər Əliyevin qəbrini də ziyarət ediblər.
www.zaman.az
www.qu.edu.az