“Azərsun Holdinq” Qafqaz Universitetində təşkil olunmuş elmi konfransı dəstəkləyib.
Konfransda çıxış edən məruzəçilər bu sahədə əldə edilən yeni təcrübələrdən bəhs ediblər. Çıxışçılar arasında universitetin prorektoru prof. dr. Niftalı Qocayev, İngilis Dili və Ədəbiyyatı bölməsinin müəllimi Ali Bereket və “Azərsun Holdinq”in Tədris və İnkişaf Şöbəsinin müdirəsi Şahnaz Aras da olub.
Çıxışlardan sonra konfransı dəstəkləyən şirkətlər qrupuna plaket təqdim olundu. Plaketi holdinqin idarə heyətinin sədri Abdolbari Goozal adından tədris və inkişaf şöbəsinin müdirəsi Şahnaz Aras qəbul edib.
Konfransda xarici ölkələrin də nümayəndələri iştirak ediblər. Konfransın açılış mərasimindən sonra tədbir siniflərdə keçirilən panellərlə öz işini davam etdirib.
www.kurs.edu.az