Konfrans iştirakçıları liseydə

Aprelin 16-da Boloniya prosesində ali təhsildə keyfiyyətin idarə olunmasına həsr olunmuş konfransın iştirakçıları, Türkiyənin Ali Təhsil Qurumunun (YÖK) İdarə Heyətinin üzvü prof. Şaban Çalış, Mərmərə Universitetinin rektoru prof. Zafer Gül, universitetin prorektoru prof. Hasan Selcuk, Qaradəniz universitetinin prorektoru prof. Mirac Akçay, Atatürk universitetinin prorektoru prof. Fehri Yaur, “Qafqaz” universitetinin rektoru prof. Ahmet Sanıç Bakı Özəl Türk Liseyini (BÖTL) ziyarət ediblər. Qonaqları Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz qarşılayıb. Qonaqlar liseydə şagirdlər üçün hazırlanmış dərs şəraiti ilə yaxından tanış olmaq üçün təhsil müəssisəsinin yeni tədris texnologiyaları, sinif otaqları, kitabxanası, laboratoriyaları, gəziblər. A. Gömleksiz qonaqlara ATÖL və BÖTL-nin fəaliyyəti və təhsildə əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. Türkiyənin tanınmış təhsil müəssisə rəhbərləri burada gördüklərindən məmnun olduqlarını bildiriblər və onlara təhsildə yeni-yeni nailiyyətlər arzulayıblar.     
www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF