Bakıda 23 aprel Uşaq bayramı qeyd edildi


23 aprel tarixi hər il Türkiyədə Milli suverenlik və uşaq bayramı günü kimi qeyd olunur. Türkiyənin hər bir tərəfində qələbəlik, bayram əhval-ruhiyyəsi yaşanır. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında da Türkiyənin 23 aprel Milli suverenlik və uşaq bayramı günü münasibəti ilə tədbir keçirilib.
Modern.az-ın məlumatına görə, tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səslənməsilə açılıb. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı baş tutan tədbirə Bakıda fəaliyyət göstərən Türk və Azərbaycan məktəblərinin şagirdləri qatılıb.

Öncə Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Halis Koyunçuoğlu çıxış edərək bildirib ki, 23 aprel bayramının tarixindən danışıb. Deyi ki, 1979-cu ildən isə bu bayram BMT tərəfindən tanınıb. Halis Koyunçuoğlunun sözlərinə görə, 23 aprel bayramı dünyada qeyd edilən yeganə uşaq bayramıdır. Bu il bu bayramı Türkiyədə 36 ölkədən gəlmiş 8 min uşaq qeyd edir.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə qeyd edib ki, bu bayramın qardaş ölkə olan Azərbaycanda keçirilməsi yüksək qiymətləndirilməlidir: “Uşaqların gələcəkdə daha da savadlı olması üçün əməyi olan müəllimlərə öz təşəkkürümü bildirirəm”.
Mustafa Kamal Atatürkdən sitst gətirən səfir deyib: “Uşaqlar bizim ən dəyərli varlığımızdır. Böyük Atatürk “Vətən qədər əziz çocuklar sizə əmanət” deyib”.
Tədbirdə Azərbaycandakı türk liseyləri tələbələrinin hazırladıqları rəqs çıxışları nümayiş etdirilib və şeirlər söylənilib.
Mail Ağaxanov

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF