Qafqaz Universitetində Memarandum imzalanıb

   Qafqaz Universitetində Ondoqquz Mayıs Universitetinin rektoru Memarandum imzalayıb. Bu günlərdə Qafqaz Universitetində Türkiyənin Ondoqquz Mayıs Universitetinin rektoru, professor Hüseyin Akan rəhbərlik etdiyi universitetin rektor müavini, professor Sait Bilgiç, Tibb fakültəsinin dekanı, prof. dr. Alihaydar Şahinoğlu, professor Selim Arıcı ilə birlikdə Qafqaz Universitesini ziyarət ediblər. Ziyarətlərinin əsas məqsədi qardaş Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə ikitərəfli müqavilələr bağlamaqdır.
   Ondoqquz Mayıs Universitetinin rektoru, professor Hüseyin Akan görüş zamanı bildirib ki, Qafqaz Universiteti onlar üçün daha əhəmiyyətlidir: "Qafqaz Universiteti Türkiyə ilə Azərbaycan arasında təhsil körpüsü yaradır . Mən kollektivimlə burada olmaqdan çox xoşbəxtəm".
   Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Azərbaycanın dost və qardaş ölkə olduğunu diqqətə çatdıraraq ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsinin əbədi olacağını söyləyib. A.Saniç qeyd edib ki, özəl ali məktəblər arasında ən yüksək reytinqə Qafqaz Universiteti malikdir. Bu təhsil müəssisəsinin əvvəlki illərdə də özəl ali məktəblər içərisində ən yüksək reytinqi olub: "Qafqaz Universitetində yüksək nizam-intizam mövcuddur, tələbələr burada qayğı ilə əhatə olunublar: yüksək ballı tələbələr təhsil haqqından azad edilir, hətta onlara təqaüd də verilir. Təhsil müəssisəsi öz məzunlarının işlə təmin olunmaları ilə də maraqlanır və onlara bu işdə də yardım göstərir".
   Sonra hər iki ali təhsil ocağı arasında beynəlxalq əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq qurmağı nəzərdə tutan Memorandum imzalanıb. Tədbirin sonunda rektor qonaqlara xatirə plaketi təqdim edib.   
Bəhruz

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF