Nazir müavini liseyi ziyarət edib

Aprelin 16-da Respublikamızda işgüzar səfərdə olan Türkiyə Cümhuriyyətinin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Zahteroğullarının rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Özəl Türk Liseyini zayarət ediblər. Qonaqları Azərbaycan -Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz qarşılayıb. A. Gömleksiz qonaqlara “Çağ” Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseylərinin təhsildə əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib. Tədris müəssisələrinin uğurları, eləcədə şagirdlərinin Respublika və Beynəlxalq Fənn Olimpiadalarında fəal iştirakı Azərbaycan bayrağını ən yüksəklərə ucaltdıqları barədə söhbət açıb. Sonra qonaqlar sinif otaqları, laboratoriyaları, kitabxanası və şagirdlərin məişət şəraiti ilə yaxından tanış olublar. Liseydə şagirdlər üçün hazırlanmış şəraitdən, məktəblilərin əldə etdikləri uğurlarından məmnun olduqlarını deyiblər. Azərbaycan-Türkiyə Özəl Liseylərinə eləcədə Bakı Özəl Türk Liseyinin kollektivinə təhsildə uğurlar diləyiblər.  

 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF