Şəki Şəhər İcra Başçısı bilik yarışının qaliblərini mükafatlandırdı



Şəki Şəhər İcra Hakimiyyətinin Başçısı Murad Cabbarlı 2011-ci ildə məktəblilərin fənn olimpiadalarının respublika turunun və məktəblilərin ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının “İNEPO-Avrasiya” qaliblərini qəbul edib. Görüşdə Şəki Şəhər İHB-nın Təhsil, Səhiyyə, Mədəniyyət üzrə müavini Zərinə xanım Cavadova, Şəhər Təhsil Şöbəsinin müdiri Südabər xanım İsmayılova, Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri İsmail Özcan, Şəki “Araz” Kurslarının müdiri Celil Erdem, liseyin 8-ci sinif şagirdi, məktəblilərin ənənəvi Ətraf  Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının “İNEPO-Avrasiya” qalibi Orxan Kərimov, 2011-ci il məktəblilərin fənn olimpiadalarının respublika turunun qalibləri;  liseyin X sinif şagirdi Ramazan Ramazanov (Fizika fənni  I - yer), XI sinif şagirdi Rəşad Bayramov (Fizika fənni  II - yer), X sinif şagirdi Gündüz Səlimli (Riyaziyyat fənni III - yer), X sinif şagirdi Kamran  Lətifov (İnformatika  fənni  IV - yer) və şəhərin digər məktəblərindən qalib şagirdlər iştirak ediblər. Görüş zamanı liseyin müdiri İsmail Özcan rəhbərlik etdiyi tədris müəssisəsinin fəailiyyəti və şagirdlərinin əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib. Bu tədris ilini də uğurla başa vuracaqlarını bildirib. 
Şəki Şəhər İcra Başçısı M. Cabbarlı məktəblilərin fənn olimpiadalarının və beynəlxalq layihə olimpiadaların qaliblərinə qiymətli hədiyyələri təqdim edib. 
www.cag.edu.az

 

 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF