Qafqaz Universitetində l Beynəlxalq tələbə konfransı keçirilib

Dünən Qafqaz Universitetində "Azərsun Holding"in sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan "İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları" adlı Beynəlxalq tələbə konfransı keçirilib.
   Konfransda çıxış edən Qafqaz Universitetinin elmi işlər üzrə prorektoru, professor Niftalı Qocayev bildirib ki, "İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları" adlı l Beynəlxalq tələbə konfransında altı fərqli ölkədən, o cümlədən Türkiyə, Hindistan, İran, Belarus və digərlərindən 11, Azərbaycan da daxil olmaqla ümumilikdə 79 tələbə iştirak edib. N.Qocayevin sözlərinə görə, l Beynəlxalq tələbə konfransının keçirilməsində əsas məqsəd tələbələri elmi fəaliyyətə təşfiq etmək, araşdırmaq istədikləri elmi-tədqiqat işlərinə təkan verməkdir. Həmçinin ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyətini araşdırmaqdır.
   Professor qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələri içərisində xüsusi yeri olan Qafqaz universitetinin əməkdaşları yüksək səviyyəli tədris işləri ilə yanaşı, dünya miqyaslı elmi-tədqiqat işləri yerinə yetirir.
   Elmi işlər Qafqaz Araşdırmalar İnstitutu, altı Elmi Mərkəz, müvafiq kafedra əməkdaşları və tələbələr tərəfindən aparılır. Sevindirici haldır ki, Qafqaz universiteti əməkdaşlarının elmi işlərinin nəticələri Amerika, Avropa və Asiyada nəşr olunan yüksək reytinqli elmi jurnallarda dərc olunur. Bununla yanaşı, alimlərimizin tədqiqat işləri universitetimizin "Journal of Qafqaz University"elmi jurnalında da nəşr olunur: "Jurnalımızın elektron versiyası Russian Periodicals Catalog, Directory of Open Access Journals, Middle East Virtual Library, The International Consortium for the Advancement of Academic Publication, JournalSeek, Genamics, RefSeek, Dspace, Eprınts, EBSCO, Indexcopernicus, ASOS kimi mötəbər elmi internet vebbazalarına daxil edilib. Təsadüfi deyildir ki, "Google" axtarışının elmi tədqiqat axtarış sistemi olan "Google Scholar"da Azərbaycanla əlaqəli elmi tədqiqatların əhəmiyyətli bir hissəsini bu vebbazalara "Journal of Qafqaz University" tərəfindən daxil edilmiş məqalələr təşkil edir.Məhz bu səbəbdən elmi içtimaiyyətdə yüksək nüfuza malik olan jurnalımızda Rusiya, Türkiyə, Yaponiya, Hindistan, Sinqapur, ABŞ və digər ölkə alimlərinin məqalələri dərc olunub".
   "Azərsun Holding"in əməkdaşı bildirib ki, Qafqaz Universitetində mütəmadi olaraq bu səpkili beynəlxalq tələbə konfransları keçirilir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF