23 Aprel-Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş təntənəli mərasim keçirildi
Aprelin 23-də Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə M. Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş təntənəli mərasim keçirilib. Əvvəlcə mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini və Türkiyənin İstiqlal Marşını oxuyublar. Mərasimdə Bakıda fəaliyyət göstərən Türk və Azərbaycan məktəblərinin şagirdləri də iştirak edib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirinin təhsil üzrə müşaviri Halis Koyunçuoğlu bildirib ki, bu gün həm də Türkiyə Böyük Millət Məclisinin yarandığı gündür: “1920-ci ilin bu günü Vətən övladları böyük zəfər qazandılar. Ulu öndərimiz Mustafa Kamal Atatürk bu günü bütünlüklə uşaqlara ərməğan edib. Çünki, Türkiyənin gələcəyini məhz uşaqlar quracaq. 1979-cu ildən isə bu bayram Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıb. 23 Aprel bayramı dünyada qeyd edilən yeganə uşaq bayramıdır. Bu il bu bayramı Türkiyədə 36 ölkədən gəlmiş 8 min uşaq qeyd edir. Onlar bir həftə ərzində Türkiyədə qonaq qalıb bizim adət-ənənələrimizi öyrənəcək və dostluqlar quracaqlar”.
Müşavirin sözlərinə görə, bu il ilk dəfə olaraq 23 Aprel bayramına Türk məktəbliləri ilə yanaşı, Azərbaycandakı orta məktəblərin şagirdləri də qatılıb: “Azərbaycan da bizim vətənimizdir. Ona görə də Azərbaycanlı uşaqlar Türkiyədəki qardaşlarının bu bayramının mahiyyətini bilməlidir”.
Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hulusi Kılıc isə bayramda iştirak edən uşaqlara müraciət edib: “Sizlər gələcəkdə böyük Türk millətini təmsil edəcəksiniz. Türk dünyası artıq bütün dünyada öz yerini almaqdadır. Uşaqlar bizim ən dəyərli varlığımızdır. Böyük Atatürk “Vətən qədər əziz çocuklar sizə əmanət” deyib. Məhz sizlər bu Vətənin gələcək sahiblərisiniz. Vətənə sahib olmanın yolu isə yaxşı təhsil almaqdan keçir”.
Daha sonra tədbirdə Türk Dünyası Araşdırmalar Vəqfinin Bakı Atatürk Liseyinin, Bakı Anadolu Türk Liseyinin, “Kafkas” İlköğretim okulunun və 266 saylı orta məktəbin eləcədə digər türk məktəblərinin şagirdləri şeirlər səsləndirib mahnılar oxuyublar və rəqslər ediblər.
Mərasimin sonunda Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hulusi Kılıc və müşaviri Halis Koyunçuoğlu bir qrup fəal uşaqlara mükafatlar eləcədə hədiyyələr təqdim ediblər.