Gəncə Azərbaycan -Türkiyə Özəl Liseyində Xalq Şairi Səməd Vurğunun 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Aprelin 18-də Gəncə Azərbaycan -Türkiyə Özəl Liseyində Xalq Şairi Səməd Vurğunun 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əməkdər incəsənət xadimi, şair, puplisit, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Şəhər bölməsinin sədri Məmməd Alim, Türkiyənin Gəncə şəhərindəki konsulu Haluk Ağca və media nümayəndələri iştirak ediblər. Qonaqlar  əvvəlcə, liseydə şairin xatirəsinə düzəldilmiş stendlərlə tanış olublar. Şagirdlərlə dahi şairin əsərləri barədə danışıblar. Sonra yubiley tədbiri liseyin iclas zalında davam edib.Tədbiri liseyin müdir müavini Elşən Bənnayev açaraq, dahi Azərbaycan şairi S. Vurğunun əsərlərindən danışıb. Sonra şairin həyat və yaradıcılığınından bəhs edən video çarx nümayiş olunub. Daha sonra Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki konsulu Haluk Ağca çıxış edərək, dahi şair S.Vurğun haqqında məlumatı olduğunu və bu tədbirdə də yetərincə məlumat aldığını deyib.
Əməkdar incəsənət xadimi Məmməd Alim isə çıxışında şairin özünəməxsus xüsusiyyətləri, əsərləri və keşməkeşli həyat yolundan söhbət açıb. M. Alim çıxışında bildirib ki, belə tədbirlərin keçirilməsi xalqımızın tarixində böyük izlər qoyub gedən şəxsiyyətlərin gənc nəslə çatdırılmasında xüsusi əhəmiyyəti vardir.
 Tədbirdə şagirdlər  şairin şeirlərindən parçalar söyləyiblər “Vaqif“ dramından səhnəciklər göstəriblər.

  www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF