Türkiyənin “ Cerrahpaşa” Universitetinin elmi işçisi liseydə

Aprelin 16-da Bakı Özəl Türk Liseyində İstanbul “Cerrahpaşa” Universitetinin Uşaq Neyropsixoterapiyası kafedrasının elmi işçisi Dr. İkram Rüstəmovla valideynlərin görüşü keçirilib. Görüş zamanı İ. Rüstəmov “Uşaqların uşaq və yetginlik dövründə psixo-sosial inkişafı və ortaya çıxan problemlər” mövzusunda çıxış edib. Olduqca maraqlı keçən görüşdə İkram Rüstəmov müxtəlif yaş dövründə uşaqların psixioloji halı, gələcəkdə problem ola biləcək halların qarşısının alınması yollarından, onların inkişaf etdikcə təbii və qeyri-təbii xüsusiyyətlərin qiymətləndirilməsi, valideynlərin uşaqlarla davranması, evdə təlim-tərbiyyənin övlada təsiri və digər bu qəbildən olan məsələlər barədə ətraflı məlumat verib. Görüşdə iştirak edən bir qrup valideynləri düşündürən suallarını cavablandırıb. 
www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF