Qafqaz Universitetinin tələbələri İŞ DÜNYASINDA...


            Daimi İnkişaf Mərkəzi tərəfindən “ÇİNİCİ” şirkətində aparılan İnsan resurslarının idarə edilməsi sisteminin qurulması layihəsi çərçivəsində növbəti modul - Xidməti fəaliyyətin Qiymətləndirilməsi modulu - tətbiq edilmişdir. Ümumilikdə 160 anket sorğusu vasitəsi ilə keçirilən bu qiymətləndirmənin nəticəsində 42 nəfər rəhbər və əməkdaşın xidməti fəaliyyəti qiymətləndirilərək onların vəzifə təlimatlarındakı tələbləri üzrə bilik, bacarıq, məhsuldarlıq, fərdi keyfiyyət və s. göstəricilərinin uyğunluğu öyrənilmişdir. Nəticədə əməkdaşların karyera, motivasiya və təlim planlarını əhatə edən hesabat və tədbirlər planı hazırlanaraq şirkətin rəhbərliyinə təqdim edilmişdir.
Layihədə iştirak etmək üçün Qafqaz Universitetinin müvafiq fakultələrinin sonuncu kurslarından xüsusi tələblər üzrə 11 nəfər tələbə seçilərək xüsusi təlimdən keçirilmişdir. Bununla Universitetin 11 nəfər tələbəsi bu sahədə iş dünyasının tələbləri üzrə kadr kimi hazırlanmışdır.
Hazırda həmin komandanın xüsusi hazırlığı davam etdirilməkdədir. Bu komandanın növbəti digər 2 müəssisədə qiymətləndirmə layihəsində iştirakı planlaşdırılır. Layihələrə rəhbərliyi Daimi İnkişaf Mərkəzinin müdiri Tural Məmmədov edir.








Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF