İcra Hakimiyyətində görüş


Aprelin 26-da Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özereni, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksizi, “Qafqaz” Universitetinin rektoru prof. Ahmet Saniçi, “Araz” Kurslarının müdiri İrfan Uzundemiri, eləcədə Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzeli və Gəncə “Araz” Kurslarının müdiri Sədrəddin Sədirlini qəbul edib. Səmimi şəraitdə keçən qəbul zamanı qonaqlar əvvəlcə Elmar Vəliyevi Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı təyin edilməsi münasibəti ilə təbrik ediblər. Sonra rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyəti təhsildə əldə etdikləri uğurları barədə ətraflı məlumat veriblər. Şagirdlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul zamanı yüksək bal toplamalarından, Respublika və Beynəlxalq Fənn Olimpiadalarında qızıl, gümüş və bürünc medallar qazanmaqlarından dünyanın ən məşhur universitetlərində təhsillərini davam etdirmələrindən danışıblar. Bu tədris ilini də uğurla başa vuracaqlarını bildiriblər. Bunun üçün liseydə lazımi şəraitin hazırlandığını deyiblər. İcra Başçısı E. Vəliyev, “Çağ” Öyrətim İşlətmələrinin Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanda fəaliyyətə başlamasından, Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə olan xüsusi diqqət və qayğısından, bununda sayəsində respublikamızın hər yerində olduğu kimi Gəncədə də təhsil müəssisələrinin inkişafından, tədrisin keyfiyyətinin davamlı olaraq yüksəlməsindən ətraflı danışıb. “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin “Qafqaz” Universitetinin, “Araz” Kurslarının eləcədə Azərbaycan-Türkiyə Özəl Liseylərinin beynəlxalq təhsil standartlarına uyğun fəaliyyət göstərməsindən, təhsilimizin inkişafına töhfələr verməsindən məlumatlı olduğunu bildirib. Onlara təhsildə uğurlar arzulayıb.
Daha sonra qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetində (ADUA) olublar. Onları rektor prof. Mirdamət Sadıqov qarşılayıb. Prof. M. Sadıqov qonaqlara universitetin əsas tədris binası, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası qurulan zaman Duma kimi fəaliyyət göstərən binası haqda məlumat verib. Qonaqlar burada tələbələr üçün hazırlanmış şəraitlə yaxından tanış olublar. ADUA-nın rektoru bu görüşdən məmnun olduğunu bildirib. Belə görüşlərin keçirilməsinin hər iki tərəf üçün əhəmiyyətli olduğunu və bu görüşlərin bundan sonra da keçirilməsini arzulayıb.  

 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF