"Azərikimya" İstehsalat Birliyi ilə Qafqaz Universiteti arasında əməkdaşlıq protokolu imzalandı


Aylıq seminarlar layihəsi əsasında "Azərikimya" İstehsalat Birliyinin baş direktoru Muxtar Babayev 27 aprel 2011 tarixində Qafqaz Universitetini ziyarət emişdir.
Ziyarət zamanı qonaq Qafqaz Universitetinin tələbələri qarşısında "Azərikimya İstehsalat Birliyinin inkişaf strategiyasında gənclərin rolu" mövzusunda çıxış etmişdir.
Tələbələrin suallarına cavab verildikdən sonra "Azərikimya" İstehsalat Birliyi ilə Qafqaz Universiteti arasında əməkdaşlıq protokolu imzalanmışdır. İmza mərasimindən sonra qonağa xatirə plaketi verilmişdir.
Millət vəkili Muxtar Babayev də öz növbəsində Qafqaz Universitetinin rektoru Ahmet Saniçə Azərikimya İstehsalat Birliyinin kimyaçıları tərəfindən hazırlanmış əl işindən ibarət xatirə hədiyyəsi vermişdir.
Recep Rza
 

 

 

 




Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF