“İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasında Azərbaycan məktəbliləri qızıl, gümüş və bürünc medallar qazanmışlar
Bakı, 22 aprel (AzərTAc). Xəbər verildiyi kimi, bu il aprelin 8-9-da Bakı İdman Sarayında Azərbaycan Respublikası müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası keçirilmişdir.
“Çağ” Öyrətim İşlətmələri Şirkətində V Beynəlxalq Layihə Olimpiadasının nəticələrinə həsr edilmiş mətbuat konfransı olmuşdur.
Hər il apreldə keçirilən “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası dünyada, o cümlədən Azərbaycanda mövcud olan ekoloji problemlərin həllində, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində gənc nəslin məlumatlandırılması, ekoloji biliklərin inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir.
Müvafiq Beynəlxalq Layihə Olimpiadası Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, “Çağ” Öyrətim İşlətmələri Şirkəti, “İNEPO-AVRASİYA” İctimai Birliyi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılır.
Mətbuat konfransında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin müşaviri Ağarəsul Məmmədov V Beynəlxalq Layihə Olimpiadası barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, beynəlxalq tədbirin keçirilməsində “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi, Təşkilat Komitəsinin sədri Arif Gömleksizin mühüm xidmətləri olmuşdur.
Beynəlxalq Layihə Olimpiadasının nəticələrindən danışan A.Məmmədov bildirmişdir ki, bu tədbirə 35 ölkədən (Azərbaycan, Türkiyə, İndoneziya, Hindistan, Pakistan, Polşa, Slovakiya, Tailand, Ukrayna, Yəmən, Rumıniya, Tayvan, Türkmənistan, Malayziya, Litva, Laos, Gürcüstan, İran, Anqola, İordaniya, Qazaxıstan və s.) 300-dək iştirakçı-məktəbli qatılmışdır. Təşkilat Komitəsinə təqdim olunmuş layihələrdən 151-i seçilərək ayrı-ayrı ölkələri təmsil edən alim və mütəxəssislərin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, qaliblər müəyyənləşdirilmişdir.
Nəticələrə əsasən, I yeri tutanlar qızıl, II yeri tutanlar gümüş, III yeri tutanlar bürünc medallarla təltif edilmişlər. Azərbaycan məktəbliləri 10 qızıl, bir çox gümüş və bürünc medallar qazanmışlar.
Qeyd edək ki, Bakıda keçirilmiş I (2007), II (2008), III (2009) və IV (2010) Beynəlxalq Layihə olimpiadalarında da Azərbaycan və Türkiyə məktəbliləri daha çox medal qazanmışlar.
V Beynəlxalq Layihə Olimpiadasına həsr olunmuş mərasimdə təhsil naziri Misir Mərdanov və digər çıxış edənlər təbiətin qorunmasının, ətraf mühitin mühafizəsinin vacibliyindən, beynəlxalq olimpiadanın əhəmiyyətindən danışmış, qaliblərə yeni nailiyyətlər arzulamışlar.

URL: http://www.azertag.gov.az/index_az.jsp?id=2995&date=2011-04-22