Bakıda “Bolonya prosesində ali təhsildə keyfiyyətin idarə olunması” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Bakı, 15 aprel (AzərTAc). Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Bolonya prosesində ali təhsildə keyfiyyətin idarə olunması” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür.
AzərTAc xəbər verir ki, Təhsil Nazirliyi, ADPU və Qafqaz Universitetinin təşəbbüsü ilə keçirilən beynəlxalq konfransda Azərbaycanın və Türkiyənin ayrı-ayrı ali məktəblərinin rektorları, təhsil işçiləri iştirak etmişlər.
Təhsil naziri Misir Mərdanov ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən danışan M.Mərdanov iki ölkə arasındakı təhsil əlaqələrinin, tələbə mübadiləsinin əhəmiyyətini diqqətə çatdırmışdır.
Nazir müasir dünyada təhsilin mühüm rolunu xatırlatmış, Azərbaycanın Avropa təhsil məkanına-Bolonya prosesinə qoşulduğunu qeyd etmiş, bu prosesin tələblərinə uyğun olaraq respublikamızın ali məktəblərində reallaşdırılan tədbirlərdən danışmışdır. O, ayrı-ayrı universitetlərdə kredit sisteminin tətbiq edildiyini söyləmişdir.
Müasir ali təhsillə bağlı fikirlərini bildirən M.Mərdanov, həmçinin bu sahənin inkişafı üçün həyata keçirilən proqramlardan, qarşıda duran vəzifələrdən bəhs etmişdir.
Türkiyə Cümhuriyyəti Yüksək Öyrətim Kurulunun icraçı heyətinin üzvü, professor Şaban Çalış ali təhsil müəssisələrində Bolonya prosesinin tələblərinə uyğun tədbirlərin tətbiqi ilə bağlı mülahizələrini bildirmişdir.
Türkiyənin Mərmərə Universitetinin rektoru, professor Zəfər Gül, Sakarya Universitetinin rektoru professor Müzəffər Elmas, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov rəhbərlik etdikləri ali məktəblərdə təhsilin inkişafı üzrə reallaşdırılan tədbirlərdən danışmışlar.
Konfransda “Bolonya prosesinə ümumi bir baxış”, “Proqram və dərs öyrənmə vasitələri ilə dərs kreditlərinin hesablanması”, “Ali təhsildə keyfiyyətin inkişafı prosesi “ və digər mövzularda məruzələr dinlənilmişdir.
Mövzu ilə bağlı müzakirələr aparılmışdır.
www.azertag.com

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF