Qafqaz Universitetinin Tərcümə bölümünündə oxuyan tələbələrin valideyinleri ilə görüş keçirildi
Universitet rəhbərliyi adından valideynləri Tərcümə bölüməsinin müdiri Dos. Nərminə Əliyeva salamladı və ümumi məlumat verdikdən sonra sözü Universitetin İctimaiyyətlə əlaqələr üzrə prorektoru Uğur Arif bəyə verdi.
Çıxışında tələbələrin müvəffəqiyyətinə səbəb olan faktorları göstərən Uğur Arif bəy valideyn və universitet əlaqələrinin nə qədər mühüm olduğunu açıqladı. Daha sonra söz üçüncü və beşinci kurs tələbələrinin qrup rəhbəri Aziz Çankayaya verildi. Çıxışında tələbələrin dərsə münasibəti, keçilən mövzularin gələcək tərcüməçilər üçün nə qədər önəmli olduğunu söyləyən Aziz Çankaya valideynlərə hər zaman qapısının açıq olduğunu söylədi.
Tələbələrimiz və bu gün Uniuversitetin onlar üçün yaratdığı imkanlardan danışan filologiya elmləri namizədi Dos. Nərminə Əliyeva bu gün tələbələrimizin hansı uğurlar qazandığını və respublikada hər sahədə bu gün yaxşı tərcüməçiyə olan ehtiyacı vurğuladı. Nərminə xanim bu gün tələbələrinin Birləşmiş Millərlər, UNİCEF, G and L tərcümə şirkəti və s bu kimi qurumlarda effektli tərcümə qabiliyyətləri olduğu üçün işə qəbul edildiklərini söylədi.
Daha sonra söz filologiya elmləri namizədi ikinci və dordüncü kurs rəhbəri Ətrabə Gul xanima verildi. Tələbələri haqqında tək tək ətraflı məlumata sahib olan və onlara doğma övladı kimi münasibət bəsləyən Ətrabə xanım tələbələrin təhsildə irəliləmələrində ev çalışmasının faydasından danışdı və bu barədə valideynlərə faydalı məsləhətlər verdi. Daha sonra söz Tərcümə bölümündə bu tədris ilində fəaliyyətə başlayan gənc tərcüməçi müəllim Natiq Adilova veriıldi. O da özündən əvvəl çıxış edən müəllim həmkarlarının fikirlərinə şərik olduğunu və tələbələrimizin müvəffəqiyyətinə kömək ede biləcək yollardan danışdı. Daha sonra valideynlər tək tək qrup rəhbərləri ilə görüşüb övladlarının müvəffəqiyyəti ilə daha yaxından tanış oldular.
Recep Rza