Qafqaz Universitetinin rektoru Ahmet Sanic bir qrup mətbuat nümayəndələri ilə görüşüb

Ötən gün Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic bir qrup mətbuat nümayəndələri ilə görüşüb. SİA-nın xəbərinə görə, görüş zamanı universitetin rektoru təhsil müəssisəsinin keçmişi, həyata keçirilən işlər və gələcəkdə görüləcək yeni layihələr barədə jurnalistlərə ətraflı məlumat verib. Universitetin 1993-cü ildə yaradıldığını deyən A.Sanıc 18 il ərzində ali məktəbin bir sıra uğurlara imza atdığını deyib. Rəhbərlik etdiyi təhsil ocağının da mətbuatla sıх işləməyə maraqlı olduğunu deyən rektor onların fəaliyyətinin mütəmadi olaraq işıqlandırdığı üçün mətbuat nümayəndələrinə təşəkkürlərini bildirib.

Görüş zamanı Ahmet Sanic qeyd edib ki, Qafqaz Universiteti, inkişaf etmiş dünya universitetləri kimi, qlobal inkişaf prosesi istiqamətində, ölkəyə xas xüsusiyyətləri diqqətə alaraq dünyəvi xarakter daşıyan, bilgi istehsal edən, tədqiqat və ali təhsillə məşğul olan, elmin əldə etdiyi yeniliklərin praktikada tətbiq edilməsini və müzakirə edilərək texnologiyaya çevrilməsini təmin edən, ortaya çıxardığı yenilikləri yayan, təhsil, tədqiqat və ictimaiyyətə xidmət sahələrində sistem və metod təklifləri ilə yeni strategiyalar meydana gətirməyə çalışan bir elm və təhsil ocağıdır: “Universitetdə təhsil müddəti 5 ildir. Bu müddət ərzində tələbələr seçdikləri ixtisasın xüsusiyyətləri nəzərə alınmaqla iki və ya üç xarici dili yüksək səviyyədə öyrənmək imkanı əldə edirlər. Mövcud bölmələrin tədris planlarında nəzərdə tutulmuş əsas və əlavə xarici dillərdən imtahanda tələb olunan keçid balını toplayan, TOEFL və bənzəri imtahanlarda müvafiq şəhadətnamə almış tələbələr birbaşa 2-ci kursda təhsilə başlayırlar. Universitet təhsil verdiyi tələbələrə sadəcə müasir biliklər verməklə kifayətlənmir. Digər ali məktəb tələbələrinin də iştirakı ilə keçirilən elmi konfranslar onların tədqiqatçı kimi yetişmələrinə şərait yaradır. İdmanın müxtəlif növləri üzrə il ərzində keçirilən yarışlarda qabiliyyətli tələbələr potensial imkanlarını nümayiş etdirə bilirlər”.

Görüş zamanı rektor qeyd edib ki, 2011-2012-ci tədris ilində ilk dəfə olaraq Qafqaz Universitetində jurnalistika fakültəsinə tələbə qəbulu aparılacaq. O bildirib ki, bunun üçün artıq dövlətin razılığı alınıb və bu il üçün 20 tələbənin qəbulu nəzərdə tutulub. Onun sözlərinə görə, bu tələbələrin qəbulu birinci ildir aparıldığı üçün tələbələrin pulsuz təhsil almaları təmin ediləcək.

Görüşün sonunda bir qrup mətbuat nümayəndəsinə, o cümlədən "Səs" İnformasiya Agentliyinin əməkdaşı Könül Cəfərovaya rektor Ahmet Sanıc tərəfindən təşəkkürnamə verilib.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF