“Birliyimizin yeganə yolu təhsildən keçir”

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri 
Halis Koyunçuoğlu, 
“Azərbaycanla Türkiyənin təhsil programları bir-birinə uyğunlaşdırıla bilər”deyib




Müşavir bildirib ki, Türkiyə ilə Azərbaycan arasında təhsillə bağlı protokollar olsa da, yeni müqavilələr üzərində də iş aparılır: “Türkiyə ilə Azərbaycan arasında təhsil proqramlarının, ixtisasların eyni olması, ixtisasların qarşılıqlı tanınması üçün çalışırıq.
Azərbaycan Bolonya prosesinə daxil olub. Türkiyədə də illərdir, eyni sistemdən istifadə edir. Bu istiqamətdə də birgə iş aparılacaq. Azərbaycanda məktəbi bitirib Türkiyəyə gedən, Türkiyədən bura gələn tələbələr üçün ixtisaslarda çətinliyin olmamasına çalışırıq. “Fikirdə, dildə birlik” deyirik, bunun həyata keçməsi lazımdır. Bu birliyin həyata keçməsinin yeganə yolu təhsil ola bilər. Burda oxuyan tələbə ilə Türkiyədəki tələbə eyni zamanda eyni ixtisas üzrə eyni dərsləri alarsa, o zaman fikir birliyi olar. Bu istiqamətdə ciddi çalışmalar var”.
25.04.2011

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF