“Qızıl medal qazanacağıma şübhə etmirəm”
“İNEPO- EUROASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasında Gəncə, Lənkəran, Mingəçevir, Ordubad, Qax, Qəbələ, Quba, Şəki, Şirvan, Sumqayıt, Yevlax məktəbliləri də iştirak ediblər. Onlardan qızıl medal qazananlar da var, gümüş, bürünc medallar da... Bu bilik yarışında 12 saylı orta məktəb və Mingəçevir Özəl Türk Liseyi şagirdləri - Aynurə Behbudova və Şahin Məmmədovun “Gələcəyin mükəmməl enerji mənbəyi-yosunlar” layihəsi isə bürünc medala layiq görülüb.
Bu layihənin rəhbərlərindən biri - 12 saylı məktəbin biologiya müəlliməsi Sevinc Behbudova bizimlə söhbətində niyə məhz bu layihəyə müraciət olunmasını belə cavablandırdı: “Hazırda dünyada gedən qlobal istiləşmə və ozon qatının deşilməsi nəticəsində havada oksigen azalıb. Bu da insan orqanizmində müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Təbii ki, bu da dünyanın qlobal problemlərindən biridir: “Yosun elə bir canlı varlıqdır ki, onu hər yerdə yetişdirmək mümkündür. Hesablamalara görə, bir ton yosun 1,8 ton karbonu udur və əvəzində oksigen buraxır. Hətta alimlərin fikrincə, kosmosda yaşayış mümkün olsa, orada, ilk növbədə, yosun yetişdirmək lazımdır”.
Bürünc medal sevincini bizimlə bölüşən 12 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Aynurə Behbudova ilk dəfədir ki, beynəlxalq bilik yarışlarında iştirak etdiyini dedi: “Artıq deyə bilərəm ki, bu sahə üzrə müəyyən təcrübə qazandım. Növbəti İNEPO yarışlarında qızıl medal əldə edəcəyimə şübhə etmirəm”. Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası çərçivəsində dünyanın bir sıra ölkələrinin şagirdləri ilə dostlaşdığını vurğulayan Aynurə onlarla mütəmadi əlaqə saxlayacağını dedi.
Qeyd edək ki, Mingəçevir 13 saylı məktəbin şagirdləri Vəsilə Əliyeva və Səbinə Əhmədovanın “Varvara su anbarının ölü zonaya çevrilməsinin qarşısını alaq” layihəsi isə bu olimpiadanın gümüş medalına layiq görülüb.