Tələbələr “İlin xarici şirkəti”ni seçdilər

Qafqaz Universitetində müxtəlif nominasiyalar üzrə tələbələr arasında keçirilmiş rəy sorğusu nəticəsində “İlin xarici şirkəti” “BP-Azərbaycan” şirkəti seçilib.
Qafqaz Universitetinin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, universitetin rektoru prof. dr. Ahmet Saniçin rəhbərlik etdiyi bir qrup professor-müəllim heyətinin “BP-Azərbaycan” şirkətini ziyarəti zamanı şirkətin prezidenti Rəşid Cavanşirə plsaket təqdim olunub.

Görüşdə R.Cavanşir “BP-Azərbaycan” şirkəti ilə Qafqaz Universiteti arasında olan yüksək səviyyəli əməkdaşlıqdan danışıb.

Şirkətin prezidenti Qafqaz Universitetinin yüksək səviyyəli imicə sahib olduğunu və universitetdə təhsilin keyfiyyətinə verdiyi əhəmiyyətdən danışıb.

Qafqaz Universitetinin rektoru Ahmet Saniç isə Qafqaz Universiteti ilə “BP-Azərbaycan” şirkəti arasındakı münasibətlərin həm tələbələrin günün tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislər kimi yetişməsinə, həm də ölkəmizin inkişafına öz müsbət töhfəsini verəcəyini xüsusilə vurğulayıb. Bu əməkdaşlığa misal olaraq “BP-Azərbaycan” şirkətinin Qafqaz Universitetində yüksək ixtisaslı mühəndis kadrların yetişdirilməsi üçün qurmuş olduğu Kimya mühəndisliyi və Mexanika mühəndisliyi laboratoriyaları göstərilib.

Tərəflər hazırda ortaq davam etdirilən layihələr və gələcəkdəki əməkdaşlıq haqqında müzakirələr aparıb.

Mirvari Kamilqızı
Gün.Az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF