`QAFQAZ`ın tarixindən-Azərbaycan Bələdiyyələri 2003 Beynəlxalq Simpoziumu
2003-cü il 10 dekabr tarixində Həmkarlar Ittifaqının
konfrans zalında Azərbaycan Bələdiyyələrinin qurulmasının 4 illiyinə həsr
olunmuş simpozium keçirildi. Azərbaycan Bələdiyyələri 2003 simpoziumu bu sahədə
çalışan və müxtəlif bölgələrdən gəlmiş bələdiyyə işçiləri, dövlət orqanlarının
nümayəndələri, xarici qonaqlar və Qafqaz Universitetinin müəllim və tələbə
kollektivinin bir yerə toplanması ilə açıq
elan olundu. Tədbir dövlət
himnimizin ardınca Qafqaz Universitetinin rektoru prof. Dr. Erol Oral bəyin çıxışı
ilə başlayır.
Tədbir iştirakçılarını
ümum Qafqaz ailəsi adından salamlayan Erol Oral bəy hər şey dən əvvəl bu kimi
simpoziumun hazırlanması fikrini hə yata keçməsində göstərdiyi xidmətə görə Həmkarlar
Ittifaqının Sədri Zahid Qaralov cənablarına
dərin minnətdarlığını bildirdi. Azərbaycan da bələdiyyəçilik sisteminin
qurulması sahəsindəki bütün təşəbbüs və xidmətlərin milli lider Heydər Əliyevin
adı ilə bağlı olduğunu vurğulayan Erol bəy
bunun Əliyev siyasətinin müsbət yeniliklərindən hesab etmişdir. Bu sahənin əhəmiyyətinə
gəldikdə rektor belə qurumların qısa
vaxt ərzində xalqa göstərdiyi sosial xidmət sahəsində nə qədər inkişaf
edib təcrübə sahibi olmasından danışaraq bir sıra qlobal problemlərində nəticədə
öz həllini tapması mövzusuna toxundu. Bu məsələ ilə əlaqədar olaraq Türkiyədən gəlmiş qonaqları təqdim edən rektor bunu iki
qardaş ölkə arasında təcrübə mübadiləsi kimi qiymətləndirmiş və gələcəkdə əldə ediləcək uğurlara zəmin
yaratmışdır. Bu isə öz növbəsində Türkiyə Azərbaycan möhkəm əlaqələrini içərisində
bir sahənin daha artmış olduğunu göstərir.
Çıxışını tamamladıqdan sonra Erol bəy sözü
Azərbaycan Respublikasının Həmkarlar Ittfaqının sədri Mehdi Səlimzadəyə verir.
O, nitqini bütün tədbir iştirakçılarını, ələxsus da Erol bəyə təşəkkürü ilə başlayır. Mehdi bəy
də Bələdiyyə Qurumlarının yaranmasını Azərbaycan Müstəqilliyinin qoruyucusu,
siyasi xadim Heydər Əliyevə bu sahədəki xidmətlərini təqdirəlayiq hesab etmişdir.
Ümumi konteksdə baxılarsa, 4 il ərzində bələdiyyə üzvləri və başçılarının az işgörmədiklərini,
mərkəzdə olduğu kimi qəsəbə və rayonlarda da müntəzəm fəaliyyət göstərdiklərini
qeyd etdi. Mehdi bəy bu qurumların icra
hakimiyyəti, dövlət aparatı tərəfindən də
daima dəstək aldıqlarını vurğuladı. Bu sahədə çalışan insanların sayının 13
mindən artıq olduğunu və bəzi bələdiyyələrin öz işi və məsulliyyəti ilə digərlərindən
fərqləndiyini söyləyən sədr bütün sistemin ümumilikdə yüksək həddə çatmasını təmənni
etdi. Sonda isə 2003-cü il 15 oktyabr seçkilərində yekdilliklə Heydər Əliyevin
siyasi varisi Ilham Əliyevə səs verdiklərini
bildirdi. Erol Oral bəy tərəfindən Mehdi bəyə hədiyyə təqdim olunur və növbəti çıxış
Azərbaycan Respublikası regional məsələləri daimi kommisiyası sədri prof. dr.
Zahid Qaralova verilir.
Ənənəvi salamlamadan
sonra Zahid bəy bələdiyyə anlayışının açıqlanmasına keçir. O bildirdi ki, Azərbaycan
siyasi qanun tarixinə ilk dəfə bələdiyyə
yerli özünüidarə sistemi anlayışı 1995-ci ildə qəbul edilmiş konstitusiyada
tezislər şəklində özünə yer tapmışdır. Çox-çox əvvəl işlənib hazırlanmasına
baxmayaraq bu məsələ ilə bağlı bir sıra həllini tapmamış qanun və qərarların
milli məclisə çıxarılmasında əngəllərə rastlanmışdır. Məhz H. Əliyev cənablarının o vaxt problemə çevriləcək dərəcədə ciddiləşən
bu məsələ onun təşəbbüsü ilə həll olundu,
qanunlar paketi hazılanaraq qurumun özülünü qoydu. Zahid müəllim bu sırada
Türkiyədə mövcud bələdiyyə sistemlərinin iş prinsiplərinə bizimki ilə müqaisəli
şəkildə toxundu. O qeyd etdi ki, vaxtı ikən Qafqaz Universitetinin maliyyə dəstəyi və bəzi
Türk bələdiyyələrinin xidməti ilə Türkiyənin Ankara, Istanbul, Izmir
kimi şəhərlərində olmuş və onların
yerli idarə sistemləri ilə dərindən
maraqlanmışdır. Uzun illərdən bəri yaradıb incələdikləri bu sistemdə qazanılan
praktikadan doğan təcrübəni heç bir nəzəriyyənin təqzib
etməyəcəyini bildirdi. Eyni zamanda bu sistemin Türkiyədə olduğu kimi
burada da qəlibləşdirməyin imkansızlığından danışdı. Buna səbəbin isə
konstitusiya, idarəetmə arasında fərqlərin olmasını doğru olaraq vurğuladı. 4
il ərzində müəyyən bir səviyyəyə çatan bələdiyyə sisteminin artıq tənəzzülə uğramayıb
xalqın rifahı üçün daim inkişaf edəcəyinin labüd olduğunu söylədi. Sonra bələdiyyə
xəritələrini dəqiq şəkildə tərtib edildiyi üçün torpaq komitəsinə öz təşəkkürünü
bildirdi.
Hədiyyə təqdimindən
sonra söz Türkiyə Cumhuriyyəti Daxili işlər
Nazirliyi Yerli özünü idarələr gənəl müdiri
pr. Doc. Kayhan bəy Azərbaycan bələdiyyələrinin
qurulmasının 4 illiyi münasibəti ilə bələdiyyə başçıları və simpozium iştirakçılarını
təbrik etdi. Kayhan bəy Türkiyənin bu
sahədə 150 ildən bəri sahib olduğu təcrübədən söz açaraq onun ilk dəfə Istanbulda kök saldığını,
1930-cu ildə isə qanuni qüvvəyə minib hər cəhətdən yardım alıb inkişaf etməsindən
ətraflı şəkildə bəhs etdi . Ancaq 20 ildən
bəri, əsasən də son 1 ildə, bu sahə mübahisələrin
hədəf nöqtəsinə çevrilib . Mərkəzi hakimiyyətdən sonra əsas və əhəmiyyətli pillələrdən
birini tutan bələdiyyə sisteminin vəzifələri də vacibdir. Baxmayaraq ki, Türkiyədə bələdiyyə orqanlarının bütün dövlət xərclərinin
13-14% təşkil edir. Bələdiyyələrin vəzifələri və gündəmdəki problemlərini də
qeyd edib nitqini tamamladı . Növbəti hədiyyənin təqdimindən sonra sözü yenə Türkiyəli
qonaqlardan olan Türkiyə Cumhuriyyəti Pendik bələdiyyə başqanı Erol Kaya bəyə
verilir .
Erol bəy tədbir iştirakçılarını salamlayaraq Ilham Əliyev
cənablarının seçkilərdəki parlaq qələbəsini
alqışladı . Bələdiyyə başqanı Azərbaycanda da bu sistemin inkişaf
edib dövlət ıdarəçiliyi səviyyəsində yüksək
zirvəyə çatmasını təmənni etdi . Türkiyənin
70 ildən artıq yolu ilə getdiyi bu sistemin Azərbaycanda da inkişaf
edib millət vəkillərini də maraqlandıracaq bir sahəyə çevrilməsini arzu etdi.
Erol Kayanın Azərbaycana təşrif buyurmasından
istifadə edərək bələdiyyə nazirlərinin sədri tərəfindən Türkiyənin baş naziri
Erdoğan bəyə ünvanlanmış məktub göndərilməsi üçün Erol bəyə təqdim olundu. Tədbirin
sonunda iştirakçılara qaranlıq qalan bəzi məsələlər ətrafında suallar dinlənildi.
Hüquq və beynəlxalq münasibətlər fakultəsinin
prorektoru Dr. Hakan Acar da müzakirə iştirakçılarından oldu. Simpoziumun sonu bələdiyyə bayraqları
və döş nişanları olmaq üzərə hədiyyələrin
təqdimi ilə başa çatdı. Mükafatlar bu sahədə çalışan və fəaliyyəti ilə seçilən bələdiyyə
iştirakçılarına təqdim olundu.
Azərbaycan bələdiyyələri 2003
simpoziumunun hazırlanmasında böyük xidmətləri
keçmiş Qafqaz Universiteti ailəsinin bütün müəllim və tələbələri bu kimi
dövlət əhəmiyyətli və və qeyri tədbirlərin hazırlanmasında yaxından iştirak etməklə
gündəmdə olan hadisələrə biganə olmadığını
bildirir və yardım əlini uzadır.
2004 Bülleten-Pərvanə Şahin