Dövlət İdarəçilik Akademiyasında memorandum imzalanmışdır


Dövlət İdarəçilik Akademiyasi ilə Qafqaz Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilmişdir.
Mərasimi giriş sözü ilə açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Prezidenti cənab İlham Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini diqqətə çatdırdı. Dövlətimizin başçısının elm və təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayan rektor, bu sahələrdə qazanılan uğurlardan danışdı. Akademik U.Ələkbərov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın uğurla həyata keçirildiyini xatırladı.
Rektor qeyd etdi ki, bu gün Azərbaycanın bütün sahələr üzrə sürətlə inkişaf etməsi dövlət idarəçiliyi sahəsində ixtisaslaşan gənclər qarşısında da mühüm vəzifələr qoymaqdadır. Bu vəzifələri uğurla və layiqincə icra etmək üçün yüksək bilik və təcrübədən geniş istifadə olunmalıdır. Bu isə ancaq elmi biliklərin idarəetmədə tətbiqi və qarşılıqlı mübadilə yolu ilə mümkün ola bilər. U. Ələkbərov Dövlət İdarəçilik Akademiyasının fəaliyyətindən danışaraq bu tədris ocağının dövlət idarəçiliyi sahəsində yeganə təhsil müəssisəsi kimi daxili qarşılıqlı inteqrasiyanın önəmini qeyd etmişdir.O, İdarəçilik Akademiyası ilə Qafqaz Universiteti arasında əməkdaşlığın genişlənməsinin tədris prosesinin daha da yüksəlməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir. Natiq indiki mərhələdə akademiyanın əlaqələrinin genişlənməsini əsas fəaliyyət istiqaməti kimi səciyyələndirmiş və Qafqaz Universiteti ilə yaradılan əlaqələri təcrübə baxımından yüksək qiymətləndirmişdir.
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bu iki təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini və əhəmiyyətini vurğulamış və bu əməkdaşlığın səmərəli olacağına əminliyini bildirmişdir.
Sonra memorandum imzalanmışdır. Sənədi DİA-nın rektoru, akademik U.Ələkbərov və Qafqaz Universitetinin rektoru professor A.Saniç imzalamışlar.
Memorandumda birgə fəaliyyət, elmi-texniki araşdırmaların aparılması, təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.
Ə.BƏDƏLOV, "Xalq qəzeti"
http://xalqqazeti.com/az/local/dovlet-idarechilik-akademiyasinda-memorandum-imzalanmishdir

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF