Məntiq Olimpiadasının qalibləri mükafatlandırıldı

Tarix 07 / 07 / 2012 Saat 10:54 Qafqaz Universiteti Tələbə Gənclər Təşkilatı, Pi tələbə dərnəyi, Araz kursları və Təhsil Nazirliyinin  birgə  təşkilatçılığı ilə keçirilən  IV Riyaziyyat-Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb

Publika.Az-ın verdiyi məlumata görə, olimpiada iki mərhələdə keçirilib.

Birinci mərhələdə 3500 şagirddən 100-ü, ikinci mərhələdə isə 30 nəfər olimpiadanın qalibi seçilib. Qalib şagirdlər Qafqaz Universitetində təşkil olunan tədbirdə mükafatlandırılıb. Mükafatlandırma mərasimində Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hüseynova, Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisi Musa Həsənov, Qafqaz Universitetinin professor və müəllim heyəti iştirak ediblər.

Olimpiadada  I Yerin sahibi Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin şagirdi Toğrul Rəsulov, II Yerin  sahibi Sumqayıt şəhəri 5saylı orta məktəbin şagirdi  Natella Manafova, III Yerin sahibi Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin şagirdi Cavid İslamlıya Netbook, digər qaliblərə E-Booklar hədiyyə edilib.

Tədbirdə çıxış edənlər şagirdləri təbrik edərək onlara daha böyük uğurlar arzuladılar.

Kifayət
Publika.Az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF