Azerfon istedadlı tələbələrə dəstək olmaqda davam edir!



05 July, 2012, Azerfon şirkəti əvvəlki təcrübə proqramlarının müsbət nəticələrini nəzərə alaraq, istedadlı tələbə və məzunlara göstərdiyi diqqət və qayğını bu il də davam etdirir. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, “Bizə indi qoşul və uğurlu gələcəyimizə ortaq ol!” şüarı altında keçirilən layihənin əsas məqsədi istedadlı tələbələri Yay Təcrübə Proqramına cəlb etmək, tələbələrə universitetdə aldıqları bilikləri təcrübədə tətbiq etmək, ixtisasları haqqında daha çox öyrənmək imkanı vermək və 3 aylıq proqramın uğurla tamamlandığı təqdirdə ən müvəffəqiyyətli tələbələri işlə təmin etməkdən ibarətdir.


Proqrama 2012-ci ilin 3 İyul tarixində start verilib və həmin proqramda Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı və Odlar Yurdu Universitetinin tələbələri iştirak ediblər.
Seçim prosesində 220 – dən artıq müraciət forması nəzərdən keçirilib, 40 müraciətçi növbəti mərhələyə keçərək, test imtahanında iştirak edib və 17 tələbə müsahibə mərhələsinə dəvət alıb. Dörd tələbə bütün seçim mərhələlərindən uğurla keçərək Azerfon Yay Təcrübə Proqramında iştirak etmək imkanını əldə ediblər. Belə ki, Bakı Dövlət Universitetinin tələbələri Pərvin Əliyeva və Zöhrə Qasımova İnformasiya Texnologiyaları, Azərbaycan Texniki Universitetinin tələbələri Ramin Məmmədov və Elmir Babakişiyev isə Şəbəkə Əməliyyatları Departamentlərində təcrübə keçmək imkanını qazanıblar.
http://www.qafqazinfo.az/news.php?id=21295

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF