“Qafqaz”ın rəhbərliyi “BP-Azərbaycan”ı ziyarət edib
“Qafqaz” Universitetinin rektoru Ahmet Saniçin
rəhbərliyi ilə bir qrup professor-müəllim heyəti “BP-Azərbaycan”
şirkətini ziyarət edib. Görüşdə “BP Azərbaycan” şirkətinin prezidenti
Rəşid Cavanşir rəhbərlik etdiyi şirkət ilə “Qafqaz” Universiteti
arasındakı mövcud əməkdaşlıqdan söz açıb. O, həmçinin “Qafqaz”ın
Azərbaycanda yüksək imicə sahib təhsil ocağı olduğunu da vurğulayıb.
Ahmet Saniç universitetlə əməkdaşlığa verdiyi əhəmiyyətə görə “BP
Azərbaycan” şirkətinin prezidentinə və əməkdaşlarına minnətdarlığını
bildirib. Universitetin rektoru dünyanın inkişaf etmiş ölkələrində
universitetlər və iş dünyası arasındakı yüksək səviyyəli əməkdaşılıqlara
diqqəti çəkərək, “Qafqaz” ilə “BP Azərbaycan” arasındakı əməkdaşlığın
həm universitet tələbələrinin günün tələblərinə cavab verən
yüksəkixtisaslı mütəxəsislər kimi yetişmələrinə, həm də ölkəmizin
inkişafına öz müsbət töhvəsini verəcəyini xüsusi vurğulayıb: “Bu
əməkdaşlığa misal olaraq “BP Azərbyacan” “Qafqaz” Universitetində
yüksəkixtisaslı mühəndis kadrların yetişdirilməsi üçün təşkil etdiyi
kimya mühəndisliyi və mexanika mühəndisliyi laboratoriyalarını göstərmək
olar. Bu, eyni zamanda ölkəmizdə mühəndislik sahələrinin inkişafına bir
töhfədir”.
Görüş çərçivəsində tərəflər arasında hazırda davam etdirilən
layihələr və növbəti əməkdaşlıqlar haqqında müzakirələr də aparılıb.
Görüşün sonunda “Qafqaz” Universitetində müxtəlif nominasiyalar üzrə
tələbələr arasında keçirilmiş rəy sorğusu əsasında “İlin xarici şirkəti”
seçilmiş “BP-Azərbaycan” şirkətinin plaketi Rəşid Cavanşirə təqdim
olunub.