Qafqaz Universitetində XMİB Yay Məktəbi davam edir
05 July, 2012, Gənc Xəzər Mühəndisləri İctimai Birliyinin(XMİB)
universitet tələbələri üçün təşkil etdiyi 4-cü Yay Mühəndislik Məktəbi
öz işini uğurla davam etdirir.İki mərhələli seçim -test və müsahibə
əsasında müxtəlif xarici və yerli universitetlərdə təhsil alan 20
tələbə proqramda iştirak etmək hüququ qazanıb.Yay məktəbinə 29 iyun
2012 tarixində start verilib və 5 iyul tarixinədək davam edəcək.
Həmişəki
kimi bu dəfə də XMİB Yay Məktəbi Qafqaz Universitetində
keçirilir.Ümumiyyətlə, CES və Qafqaz Universiteti əməkdaşlığı cəmiyyət
yarandığı gündən yüksəksələn xətlə inkişaf edir və hər iki tərəf bu
əməkdaşlıqdan çox məmnundur.Bunu öz müsahibələrində universitetin
rektoru cənab Ahmet Saniç qeyd edib.
Qeyd edək ki, bu layihə XMİB-nin keçirdiyi sayca 4-cü mühəndislik
məktəbidir.İndiyə qədər XMİB müxtəli Yay və Qış məktəbləri təşkil
edib.Proqramın təşkilində əsas məqsəd tələbələrə nəzəri biliklərələ
yanaşı real sənayedə baş verən prosesləri aşılamaq, onların komanda
şəklində işləmə qabiliyyətlərini inkişaf etdirmək, birgə zehni
bilikləri bir yerə cəmliyərək komanda şəklində işləməyə alışdırmaq,
tələbə mühəndis əlaqələrini inkişaf etdirmək, bir sözlə regionda
mühəndisliyin inkişafına öz dəyərli tövhələrini verməkdən ibarətdir.
Proqramda müxtəlif yerli və xarici şirkətlərdə çalışan peşəkar
mühəndislər tərəfindən İnformasiya Texnologiyaları,Neft
Mühəndisliyi,Kimya və Proses mühəndisliyi, Liderlik
qabiliyyətləri,Layihələrin idarəedilməsi və digər mövzularda seminarlar
təşkil olunur.Proqram ərzində müxtəlif komanda oyunları, bilgi
yarışmaları,istehsalat müəssisələrinə səyahətlər də keçirilir.
Yay məktəbinin Qapanış mərasimi 07/07/2012 tarixində Kempinski
otelində təşkil ediləcək.Mərasimə bütün XMİB üzvləri ,İçtimayyətin
Dövlət və media nümayəndələrinin və XMİB-nin fəaliyyətinə dəstək olan
bütün şəxslər dəvətlidir.
Qafqaz Universiteti mətbuat xidməti.http://qu.edu.az/view_news.php?news=2437&link=&lang=az