Qafqaz universitetinin tələbələri "Youth Exchange for Peace" konfransında


26.07.2012 | 4 dəfə oxunub

 Qafqaz Universitetinin Regionşünaslıq bölməsinin tələbələri Almaniyanın  Dresden Texniki Universitetində keçirilən "Youth Exchange for Peace" konfransında müvəffəqiyyətlə iştirak etmişlər.
 Qafqaz Universitetinin Regionşünaslıq bölməsinin  tələbələri Elgün Cəfərov, Nurtac Abdullayeva ve Ramiz Hacızadə Almaniyanın Dresden Texniki Universitetində 20-27 may 2012-ci ildə təşkil olunmuş "Youth Exchange for Peace"( Sülh Naminə Gənclərin Mübadiləsi) beynəlxalq tələbə konfransında müvəffəqiyyətlə iştirak etmişlər.
 Konfrans Heinrich Böll Stiftung Fondunun dəstəyi ilə təşkil olunmuşdur. Tələbələrimiz müxtəlif simulasiya oyunlarında, Mədəniyyət və milli identifikasiya, Beynəlxalq Hüquq, Münaqişədəki Qeyri-Dövlət Aktyorlar, Jurnalistikanin ve Ictimaiyyətin Münaqişədəki rolu və s. kimi müxtəlif mövzularda keçirilən dəyirmi masa və seminarlarda iştirak etmişlər.
 Beynəlxalq Hüquq dərsləri Dresden Texniki Universitetinin Professorları tərəfindən keçirilmiş və daha sonra konfrans Berlinin Humboldt Universitetində davam etmişdir. Programa Dresden və Berlin şəhərlərinin gəzintisi də daxil edilmişdir. Bir həftəlik konfransda tələbələrimiz aktiv iştirak edərək sertifikatla təltif olunmuşlar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF