Sumqayıtda ARDNŞ-in yeni Təlim-Tədris Mərkəzi açılıb

04 İyul 2012 Bu gün ARDNŞ tərəfindən Sumqayıtda ilk dəfə olaraq müasir standartlar səviyyəsində inşa edilmiş Təlim-Tədris Mərkəzinin (TTM) təntənəli açılışı olub. ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə ARDNŞ- prezidenti Rövnəq Abdullayev Sumqayıtda “Azərikimya” İstehsalat Birliyi və digər müəssisələr üçün yüksək ixtisaslı, peşəkar kimyaçı fəhlə kadrların hazırlanması məqsədilə yaradılmış yeni TTM-in açılış rəmzi olan qırmızı lenti kəsib. 
Mərkəzin açılış mərasimində Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və universitetin müəllim heyəti, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Sumqayıt Texnologiya Parkının, “Azgüntex” və “Azkompozit” zavodlarının, “Azərboru” və “Superfosfat” ASC-nin, Sumqayıt Kimyasənaye parkının, Karbamid zavodunun və ARDNŞ-in müvafiq strukturlarının rəhbərləri, Sumqayıt ictimaiyyətinin, həmçinin respublikanın televiziya və mətbuat nümayəndələri iştirak ediblər. 
Tədbir iştirakçıları Təlim-Tədris Mərkəzi ilə yaxından tanış olmuşlar. Mərkəzin birinci mərtəbəsində uzun illər Sumqayıtın neft-kimya müəssisələrində çalışaraq, bu sahənin inkişafına öz töhfələrini vermiş, gələcəyin gənc kadrlarına örnək ola bilən onlarla qabaqcıl kimyaçının foto-şəkillərindən ibarət xüsusi stend var. 
Gələcək kimyaçı fəhlə kadrların müasir texnoloji qurğuları mükəmməl idarə edə bilmələri, onların texnoloji sxemlərini və konstruksiyalarını daha yaxşı öyrənib-mənimsəmələri məqsədilə burada birneçə neft-kimya istehsalatının iri maketləri yaradılıb və bu, onların iş prinsipinin əyani olaraq öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
http://lent.az/xeber_97842_Sumqay%C4%B1tda_ARDN%C5%9E-in_yeni_T%C9%99lim-T%C9%99dris_M%C9%99rk%C9%99zi_a%C3%A7%C4%B1l%C4%B1b_-_FOTOLENT

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF