IV Riyaziyyat –Məntiq Olimpiadasının qalibləri mükafatlandırıldı


06 July, 2012, İstedadlı gənclərin aşkara çıxarılması, onların  potensial imkanlarının inkişaf etdirilməsi dövlətimizin daim diqqət mərkəzindədir. ­Azərbaycan Respublikasının Prezidenti “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən dövlət proqramı” (4 avqust 2000-ci il) haqqında fərmanın əsas məqsədi istedadlı gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır. Bu fərmanın icrasından irəli gələrək Qafqaz Universiteti Tələbə Gənclər Təşkilatı, Pi tələbə dərnəyi, Araz kursları və Təhsil Nazirliyi ilə birgə   IV Riyaziyyat –Məntiq Olimpiadası keçirmişdir.
Olimpiada iki mərhələdə keçirildi. 20  Aprel 2012-ci il tarixində təşkil olunmuş birinci mərhələdə iştirak edən 3500 şagird içərisindən 100 şagird seçildi. İkinçi mərhələdə isə bu 100 şagirddən otuzu olimpiadanın qalibi seçildi. İyulun 5-də Qafqaz Universitetində IV Riyaziyyat –Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi təşkil edildi.  Mükafatlandırma mərasimində Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hüseynova, Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisi Musa Həsənov, Qafqaz Universitetinin professor və müəllim heyəti iştirak etdi.
IV Riyaziyyat Məntiq Olimpiadasının ən yüksək pilləsində yer tutan, I Yerin sahibi Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin şagirdi Toğrul Rəsulov, II Yerin  sahibi Sumqayıt şəhəri 5saylı orta məktəbin şagirdi  Natella Manafova, III Yerin sahibi Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin şagirdi Cavid İslamlıya Netbook, digər qaliblərə E-Booklar hədiyyə edildi.
 Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hüseynova qaliləri təbrik edərək onlara gələcəkdə daha uca zirvələri fəth etməyi arzuladı. Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev olimpiadanın keçirilməsinin faydalı və vacib olduğunu vurğulayaraq, qalib şagirdlərlə fəxr etdiyini diqqətə çatdırdı. Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisi Musa Həsənov olimpiadanın təşkilində əməyi olan hər kəsə, xüsusilə də Qafqaz Universiteti Pi klubu üzvlərinə minnətdarlıq hisslərini bildirdilər.
Mərasimdə "Oracle Certified Professional, Java SE 6 Programmer" Beynəlxalq miqyasda Java proqramçılarının bilik səviyyəsini müəyyən edən sertifikatın sahibləri də mükafatlandırıldı.  Hal-hazırda dünyanın İT sahəsində ən böyük şirkətlərindən biri olan, Java proqramlaşdırma dilinin sahibi və dəstəkləyən Oracle şirkəti tərəfindən verilən bu  sertifikatı  əldə etmiş Qafqaz Universiteti Kompyuter Mühəndisliyi Bölməsinin III tələbələri Xəyyam Quliyev, Elşad Seyidməmmədov Java dilini istifadə edərək masaüstü və server sistemlərində çalışa biləcək proqramlar tərtib etmək üçün yetərli biliklərinin olduğunu sübut etmiş oldular. Sertifikatları qazanmış tələbələrlə xatirə şəkli çəkdirən Qafqaz Universitetinin rektoru Ahmet Saniçin “İnanıram ki, Sizlər Gələcəyin Nobel mükafatçıları olacaqsız. O zaman Mən də  bu fotonu göstərərək Sizlərlə qürur duymuş olacağam”  sözləri mərasimdə xoş ovqat yaratdı.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF