Qafqaz Universitetinin rəhbərliyi BP Azərbaycan şirkətini ziyarət etmişlər.
Qafqaz Universitetinin rektoru Prof. Dr. Ahmet
Saniç rəhbərlik etdiyi bir qrup professor-müəllim heyəti ilə 29 iyun
2012-ci il tarixində BP Azərbaycan şirkətini ziyarət etmişlər.
Səmimi
bir şəraitdə başlayan görüşdə BP Azərbaycan şirkətinin prezidenti
Rəşid Cavanşir qonaqları salamlayaraq, BP Azərbaycan şirkəti ilə Qafqaz
Universiteti arasında olan yüksək səviyyəli əməkdaşlıqdan bəs etmişdir.
Nitqində BP Azərbaycan Şirkətin prezidenti Rəşid Cavanşir Qafqaz
Universitetinin Azərbaycanda yüksək səviyyəli imicə sahib olan
universitet olduğunu vurğulamışdır.
Qafqaz Universitetinin rektoru Ahmet
Saniç qonaq pərvərliyə və universitetlə əməkdaşlığa verdiyi əhəmiyyətə
görə BP Azərbaycan şirkətinin prezidentinə və əməkdaşlarına
minnətdarlığını bildirmişdir.
Rektor dünyanın inkişaf etmiş ölkələrində
universitetlər və iş dünyası arasındakı yüksək səviyyəli
əməkdaşılıklara diqqəti çəkərək Qafqaz Universiteti ilə BP Azərbaycan
şirkəti arasındakı əməkdaşlıq nəticəsində universitetimizin tələbələri
günün tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəsislər kimi
yetişmələrinə və ölkəmizin inkişafına öz müsbət töhvəsini verəcəklərinə
inandığını bildirmişdir.
Bu əməkdaşlığa misal olaraq BP Azərbyacan
şirkətinin Qafqaz Universitetində yüksək ixtisaslı mühəndis kadrların
yetişdirilməsi üçün qurmuş olduğu Kimya mühəndisliyi və Mexanika
mühəndisliyi laboratoriyalarını gösdərmək olar. Səmimi görüş zamanı
tərəflər arasında hal hazırda davam etdirilən layihələr və gələcəkdəki
əməkdaşlıqlar haqqında müzakirələr aparıldı.
Görüşün sonunda Qafqaz
Universitetində 7 May tarixində təşkil olunmuş `Bahar Şənliyi`
programında müxtəlif naminasiyalar üzrə tələbələr arasında keçirilmiş
rəy sorğusunda ilin xarici şirkəti seçilmiş BP Azərbaycan şirkətinin
plaketini Qafqaz Universitetinin rektoru Ahmet Saniç BpAzərbaycan
şirkətin prezidenti Rəşid Cavanşirə təqdim etmişdir.