“Qafqaz”ın tələbələri Avstriyaya səfər ediblər
Qafqaz Universitetinin beynəlxalq münasibətlər
və regionşünaslıq bölmələrinin tələbələri iyun ayının 29-dan iyul
ayının 15-dək Avstriyanın ən mötəbər təhsil ocaqlarından biri olan Graz
Universitetinin Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları Mərkəzində
olublar.
Tələbələr bu müddətdə həm Graz Universitetinin Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları Mərkəzində təcrübə proqramı keçmiş, həm də Graz Universiteti tərəfindən təşkil olunmuş 26 fərqli ölkədən 80 nəfər tələbə və gənc mütəxəssisin iştirak etdiyi “Avropada təhsil və liderlik” mövzusuna həsr olunmuş beynəlxalq yay məktəbində iştirak ediblər. Onlara sertifikatlar da verilib. Tələbələr akademik çalışmalarla yanaşı, Avstriyanın Graz, Viyana və Leibnitz şəhərlərinə və eləcə də İtaliyanın məşhur Venesiya şəhərinə ekskursiyaya da gediblər.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=44337