Qafqaz Universitetinin rəhbərliyi BP-ni ziyarət edib

Qafqaz Universitetinin rektoru Prof. Dr. Ahmet Saniç və bir qrup professor, müəllim heyəti BP Azərbaycan şirkətini ziyarət ediblər.

Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə BP Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir qonaqları salamlayaraq, şirkətlə Qafqaz Universiteti arasında olan əməkdaşlıqdan söhbət açıb. O, Qafqaz Universitetinin Azərbyacanda yüksək səviyyəli imicə sahib olduğunu vurqulayaraq, universitetin təhsilin keyfiyyətinə verdiyi əhəmiyyətdən danışıb.

A.Saniç da Qafqaz Universiteti ilə BP Azərbaycan şirkəti arasındakı əməkdaşlığın həm universitet tələbələrinin günün tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəsislər kimi yetişmələrinə və həm də ölkəmizin inkişafına öz müsbət töhvəsini verəcəyini vurğulayıb. Əməkdaşlığa misal olaraq şirkətin universitetdə yüksək ixtisaslı mühəndis kadrların yetişdirilməsi üçün qurduğu Kimya mühəndisliyi və Mexanika mühəndisliyi laboratoriyalarını göstərib.

Sonra tərəflər arasında hal hazırda ortaq davam etdirilən layihələr və gələcək əməkdaşlıqlar haqqında müzakirələr aparılıb. Sonda Qafqaz Universitetinde 7 may tarixində təşkil olunmuş “Bahar Şənliyi” programında müxtəlif naminasiyalar üzrə tələbələr arasında keçirilmiş rəy sorqusunda ilin xarici şirkəti seçilmiş BP Azərbaycan şirkətinin plaketi şirkətin prezidenti Rəşid Cavanşirə təqdim olunub.

Nigar

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF