Qafqaz Universitetində Azərbaycan Oracle İstifadəçilər Qrupunun (AzerOUG) növbəti görüşü keçiriləcək

 
Bu həftə 28.07.2012 tarixində Qafqaz Universitetində Azərbaycan Oracle İstifadəçilər Qrupunun (AzerOUG) növbəti görüşü keçiriləcək. Bu görüş əsas etibarı ilə texniki xarakter daşıyır. Görüşdə 3 çıxış olacaq. Çıxışların siyahısı bunlardır:

- Fərqli əməliyyat sistemləri arasında qurulmuş Data Guard konfiqurasiyası– Mahir M. Quluzadə
 
- Oracle verilənlər bazasında Resursların İdarəedilməsi – Cavid Həsənov
 
- Oracle 11g PL/SQL proqramlaşdırma ilə bağlı yeniliklər – Ramin Orucov

Görüşün saat 11-də Qafqaz Universitetinin 1-ci mərtəbəsində yerləşən seminar salonunda (otaq 128) keçirilməsi planlaşdırılır. Oracle ilə maraqlanan hər kəs dəvətlidir. 
Twitter istifadəçiləri #AzerOUG hash tag-indən istifadə etsinlər (@AzerbaijanOUG)

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF