Qafqaz Universitetinin bir qrup tələbəsi Avstriyada olmuşdur

 Bakı, 25 iyul (AzərTAc). Qafqaz Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq bölmələrinin bir qrup tələbəsi Avstriyanın Graz Universitetinin Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları Mərkəzinin dəvəti ilə bu ölkədə səfərdə olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, səfər müddətində tələbələr həm universitetin Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları Mərkəzində təcrübə proqramı keçmiş, həm də “Avropada təhsil və liderlik” mövzusunda təşkil olunmuş beynəlxalq yay məktəbində iştirak etmişlər.
Tələbələrimizə sertifikatlar təqdim olunmuşdur.
http://azertag.com/node/984107