Macarıstanda Qafqaz Universitetinin əməkdaşına mükafat verildi
“Qafqazinfo”nun məlumatına görə, Qafqaz Universiteti İqtisadiyyat
və İdarəetmə Fakültəsi Beynəlxalq Münasibətlər və Regionşünaslıq
Bölmələrinin əməkdaşları: Nəriman Qaraxani, Yaşar Ehtibarlı, Anar
İskəndərov, Müşfiq Eminov və Aqşin Umudov 2012-ci ilin 10-16 İyun
tarixləri arasında Macarıstanın paytaxtı Budapeşt şəhərində Mərkəzi
Avropa Univsitetinin (CEU) Kurikulum Resurs Mərkəzi (Curriculum Resource
Center) tərəfindən təşkil olunmuş Kafedraların Tədris proqramlarının
İnkişaf etdirilməsi ilə bağlı təlim proqramında iştirak ediblər. Tədbirə
müxtəlif ölkələrdən iştirakçılar qatılıb.
Təlim proqramında əsas diqqət tədris planının inkişaf etdirilməsi və yeni tədris proqramlarının hazırlanmasına ayrılıb. Tədris planlarının inkişaf etdirilməsi sahəsində CEU-un təcrübəsinin oyrənilməsinə diqqət yetirilib və bu mövzuda region ölkələrinin müxtəlif universitetlərini təmsil edən iştirakçılarla fikir mübadiləsi aparılıb. Yeni tədris proqramlarının hazırlanması mövzusunda isə CEU-un təcrübəli mütəxəsisləri tərəfindən təqdimatlar verilib və bu mövzuda Avropa və Amerikanın tanınmış ali təhsil qurumlarının təcrübəsi müqayisəli şəkildə təhlil edilib.
Təlim proqramı müddətində əməkdaşlarımız CEU-un zəngin resurslara malik kitabxanasından istifadə etmək imkanına sahib olublar və bu fürsətdən istifadə edərək tədris etdikləri dərslərlə bağlı yetərincə yararlı mənbə və materiyallar toplanıblar. Bununla yanaşı Kurikulum Resurs Mərkəzi hər bir əməkdaşımıza öz araşdırma sahələri ilə bağlı 250 ABŞ dolları dəyərində kitab almaq imkanı verilib və əməkdaşlarımız bundan faydalanaraq kafedramıza lazımlı kitablar alıblar.
Nigar Məmmədli