Təhsil Komissiyasının qərarından ən çox ziyan çəkən bu universitet oldu

 19.07.2012, 17:36
Prezident yanında Təhsil Komissiyasının qərarına əsasən bu il özəl universitetlərdə jurnalistika ixtisasına qəbul dayandırılıb. Bu qərar daha çox Qafqaz Universitetinin işinə maneçilik gətirib desək, yanılmarıq. Belə ki, universitetin 2012-2013-cü tədris ili üçün hazırlanan yeni korpusunda bir sıra fakültələrlə yanaşı, Jurnalistikla fakültəsi də fəaliyyət göstərəcəkdi.
Burada Jurnalistika fakültəsi üçün studiya bazası qurulub. Universitet rəhbərliyi çəkilişlər üçün studiya, qəzetlər uçün redaksiya da planlaşdırıbmış. Bu baxımdan Qafqaz Universiteti fakültə üçün ideal şərait yaratmışdı. Görəsən Təhsil Komissiyasının qərarı Qafqaz Universitetində necə qarşılanıb?
Məsələ ilə əlaqədar Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev Modern.az-a açıqlamasında bildirib ki, növbəti ildən yeni bir imza və əmrlə Jurnalistika fakültəsinin fəaliyyətə başlayacağına ümid edirlər.
“Bu il digər özəl universitetlər kimi, Qafqaz Universitetində də jurnalistika ixtisasına qəbul olmayacaq. Ümid edirk ki, gələn il yeni bir fikir qəbul olunacaq və icazə veriləcək. Keçən ildən bizim universitetdə Jurnalistika fakültəsi açılıb. Həmin il qəbul olan 21 nəfər tələbə öz təhsilini davam etdirəcək. Nazir Misir Mərdonov da qeyd etdi ki, gələn ildən etibarən bəzi universitetlərdəki vəziyyət araşdırıldıqdan sonra, onlara icazə veriləcək”.
Qeyd edək ki, Təhsil naziri Misir Mərdanov ali məktəblərdə jurnalistika ixtisasına qəbulun dayandırılmasını həmin təhsil müəssisələrində jurnalist hazırlığının qənaətbəxş olmaması ilə əlaqələndirib. M.Mərdanov bildirib ki, bununla belə, növbəti illərdə özəl təhsil müəssisələrində jurnalistikaya qəbul bərpa oluna bilər. Belə ki, həmin universitetlərdə keyfiyyət yüksək olarsa, Azərbaycan cəmiyyəti həmin universitetlərdə jurnalist hazırlığının keyfiyyətinə müsbət yanaşarsa, onlara qəbul bərpa edə bilər.


Anar Kəlbiyev

http://modern.az/articles/26643/1/26643/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF