Qafqaz Universiteti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Anlaşma Memorandumu imzalanmışdır. FOTO
10 iyul 2012-ci il tarixində Qafqaz Universiteti ilə
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası arasında elmi
tədqiqat işlərinin aparılması, əməkdaşların qısa və ya uzunmüddətli mübadiləsi
və elmi konfransların təşkili sahələrində Anlaşma Memorandumu imzalanmışdır. Memorandum bundan sonra qurumlar arasındakı əməkdaşlığın
daha da intensiv davam etməsinə və qarşılıqlı maraq doğuran digər fəaliyyətlərin
yerinə yetirilməsində birgə çıxış etmələrinə səbəb olacaqdır.
Anlaşma
hər iki qurumun rəhbər heyətinin qatılımı ilə Akademiyanın binasında həyata
keçirilmişdir. İlk əvvəl tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının
Rektoru Akademik Urxan Ələkbərov bu Anlaşmanın əhəmiyyətindən danışdı və qeyd
etdi ki, bu əməkdaşlıqdan meydana gələcək nailiyyətlər nəyinki tərəflər üçün
faydalı olacaq, eyni zamanda bu Azərbaycan təhsilinə yeni bir qazanc gətirəcəkdir.
O, eyni zamanda vurguladı ki, Qafqaz Universiteti gənc bir universitetdir amma
bu qısa zaman ərzində onların gördüyü işləri biz təqdir edirik. Çünki hal
hazırda tələbələrin seçdiyi universitetlər arasında Qafqaz Universiteti öndə gəlməkdədir.
Bütün bunları nəzərə alaraq mən çox şadam ki, biz bundan sonra Qafqaz
Universiteti ilə daha sıx əməkdaşlıq edəcəyik.
Daha
sonra çıxış edən Qafqaz Universitetinin Rektoru Prof. Ahmet Saniç qeyd etdi ki,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycanın
ən öndə gələn təhsil ocağıdır. Bu qurumun həm müəllim, həm də tələbə kollektivi
çox başarılıdır. Bunu biz illərdir təcrübə etmişik. Məsələn qeyd etmək istərdim
ki, Dövlət İdarəçilik Akademiyasından bizə magistr oxumağa gələn tələbələr daha
çalışqandırlar. Bu bizim üçün çox əhəmiyyətli bir faktordur. Məhz bu səbəbdən
biz çox istəkliyik ki, Dövlət İdarəçilik Akademiyası ilə olan əməkdaşlığımız hər
müstəvidə davam etsin. İstər beynəlxalq layihələrdə iştirak etmək və istərsədə
elmi konfransların həyata keçirilməsində, biz Dövlət İdarəçilik Akademiyasına
güvənirk və inanırıq ki, bu əməkdaşlıqdan doğacaq sinerji Azərbaycan təhsili
üçün yeni töhvələr verəcəkdir.