Sumqayıt məktəbliləri fərqləndilər

Qafqaz Universitetində IV Riyaziyyat-Məntiq Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qafqaz Universiteti Tələbə Gənclər Təşkilatının “Pi” tələbə dərnəyi, “Araz” hazırlıq kursları, Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi bu bilik yarışında Sumqayıt Şəhəri Texniki və Təbiət Elmləri Liseyinin şagirdi Toğrul Rəsulov birinci, Sumqayıt Şəhəri 5 saylı orta məktəbin şagirdi Natella Manafova ikinci, Sumqayıt Şəhər Texniki və Təbiət Elmləri Liseyinin şagirdi Cavid İslamlı üçüncü yerə layiq görülüblər. Onlara  mükafat olaraq netbuklar təqdim olunub.Digər qaliblərə isə e-buklar hədiyyə edilib.

Tədbirdə çıxış edən Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hüseynova qalilərə gələcək yarışlarda uğurlar diləyib. Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev olimpiadanın keçirilməsinin faydalı və vacib olduğunu vurğulayıb. Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, Sumqayıt Şəhər Gənclər və İdman İdarəsinin rəisi Musa Həsənov olimpiadanın təşkilində əməyi olan hər kəsə, xüsusilə də Qafqaz Universitetinin “Pi” klubu üzvlərinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu bilik yarışı iki mərhələdə keçirilib. İlkin mərhələdə bilik yarışına qatılımış 3500 şagirddən 100 nəfər seçilib. İkinçi mərhələdə isə otuz nəfər fərqlənib. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=44210

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF