Ən məntiqli tələbələr mükafatlandırılıblar

Qafqaz Universiteti Tələbə Gənclər Təşkilatı, Pi tələbə dərnəyi, Araz kursları və Təhsil Nazirliyi ilə birgə keçirdiyi IV Riyaziyyat -Məntiq Olimpiadasının qalibləri müəyyənləşib.
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin Gün.Az-a verdiyi məlumata görə, olimpiada iki mərhələdə keçirilib:

“Birinci mərhələdə iştirak edən 3500 şagird içərisindən 100 şagird, ikinçi mərhələdə isə həmin 100 şagird arasından 30 nəfəri olimpiadanın qalibi seçilib.

Qafqaz Universitetində IV Riyaziyyat -Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub. Mərasimində Təhsil Nazirliyinin məsul işçiləri iştirak edib.

IV Riyaziyyat Məntiq Olimpiadasının ən yüksək pilləsində yer tutan, I Yerin sahibi Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin şagirdi Toğrul Rəsulov, II Yerin sahibi Sumqayıt şəhəri 5 saylı orta məktəbin şagirdi Natella Manafova, III Yerin sahibi Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin şagirdi Cavid İslamlıya Netbook, digər qaliblərə isə E-Booklar hədiyyə olunub.

Mərasimdə “Oracle Certified Professional, Java SE 6 Programmer” Beynəlxalq miqyasda Java proqramçılarının bilik səviyyəsini müəyyən edən sertifikatın sahibləri də mükafatlandırılıb.

Java proqramlaşdırma dilinin sahibi və dəstəkləyən “Oracle” şirkəti tərəfindən sertifikatı Qafqaz Universiteti Kompyuter Mühəndisliyi Bölməsinin III tələbəsi Xəyyam Quliyev, Elşad Seyidməmmədov qazanıb.

Bu mükafat onun göstəricidir ki, həmin tələbələrin Java dilini istifadə edərək masaüstü və server sistemlərində çalışa biləcək proqramlar tərtib etmək üçün yetərli biliklərə sahibdirlər.

Mərasimdə çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniçin “İnanıram ki, Sizlər Gələcəyin Nobel mükafatçıları olacaqsız” deyə qalibləri təbrik edib .

Mirvari Kamilqızı
Gün.Az

http://gun.az/social/43654.print

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır