Qafqaz Universiteti ilə “bp-Azərbaycan” şirkəti arasında əməkdaşlıq genişlənir
Bakı, 2 iyul, SalamNews.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, universitetin
bir qrup professor və müəllimi “bp-Azərbaycan” şirkətində olub.
Qafqaz Universitetindən SalamNews-a verilən məlumata görə, görüşdə “”bp-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir bu şirkət ilə universitet arasındakı yüksək səviyyəli əməkdaşlığın əhəmiyyətindən danışıb. R.Cavanşir Qafqaz Universitetində təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərin səmərəli olduğunu bildirib. Dünyanın inkişaf etmiş ölkələrində universitetlər ilə iş dünyasının geniş əlaqələrini xatırladan professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəb ilə “bp-Azərbaycan” şirkəti arasındakı əməkdaşlığın uğurlu olduğunu diqqətə çatdırıb. Sonra ortaq layihələr və əməkdaşlığın inkişaf perspektivləri ətraflı müzakirə edilib. http://ru.salamnews.org/az/news/read/147811/qafqaz-universiteti-ile-ldquobp-azerbaycanrdquo-shirketi-arasinda-emekdashliq-genishlenir/ |