Bakı Dövlət Universitetinin və Qafqaz Universitetinin tələbələri Ombudsman Aparatında təcrübə keçmişlər
Bakı, 21 iyul (AzərTAc). İyulun 3-dən 20-dək Bakı Dövlət
Universitetinin və Qafqaz Universitetinin tələbələri Ombudsman
Aparatında istehsalat təcrübəsi keçmişlər.
Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, təcrübə müddətində onlara həm nəzəri, həm də praktiki dərslər, insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, beynəlxalq və milli müdafiə mexanizmləri və ombudsmanın fəaliyyətinə dair məşğələlər təşkil edilmişdir. Tələbələrə, həmçinin ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, insan hüquqları və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı və onun mahiyyəti, əsas müddəaları haqqında ətraflı məlumat verilmişdir.
Təcrübə müddətində tələbələr Ombudsman Aparatının ayrı-ayrı struktur bölmələrində olmuş, ərizə və şikayətlərə baxmış, sorğu layihələrinin hazırlanması və ərizələrin qəbulu prosesində iştirak etmişlər.