“Vicdan sustuğunda” təqdim olundu

“Vicdan susanda” romanım 12 dəfə Azərbaycan türkcəsində, 5 dəfə də rus dilində çap olunub. Əsəri Türkiyə türkcəsində görmək isə mənim çoxdankı arzum idi”.

Bu sözləri Əməkdar incəsənət xadimi Vidadi Babanlı “Vicdan susanda”nın Türkiyə türkcəsinə uyğunlaşdırılmış “Vicdan sustuğunda” romanının təqdimat mərasimində deyib. Onun sözlərinə görə, bununla da onun əsəri ikinci həyat qazanıb. Azərbaycan Pedaqoji Universitetinin kafedra müdiri, tənqidçi Himalay Qasımov isə Vidadi Babanlı deyəndə “Vicdan susanda”, “Vicdan susanda” deyəndə Vidadi Babanlının yada düşdüyünü vurğulayıb. Qafqaz Universiteti pedaqoji fakültəsinin kafedra müdiri, tənqidçi Akif Seyidbəyli “Vicdan susanda”nın ötən əsrin 70-ci illərinin ən populyar romanı olduğunu dilə gətirib. O, romanın Türkiyə türkcəsinə uyğunlaşdırılmasını ədəbi hadisə kimi dəyərləndirib.
“Vicdan susanda”nı Türkiyə türkcəsinə uyğunlaşdırarkən heç bir çətinliklə qarşılaşmadığını vurğulayan “Qafqaz”ın Pedaqoji fakültəsnin dekanı, dosent Ərdal Karamanın sözlərinə görə, romanın çox gözəl üslubu var. O həmçinin bu kitab üzərində çalışarkən müəllifin - Vidadi Babanlının da məsləhətlərindən bəhrələndiyini bildirib. Ərdal Karaman yaradıcılıq prosesindən həm Vidadi Babanlıdan, həm də “Vicdan susanda”dan çox şey öyrəndiyini də söyləyib.
 Millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, həmçinin Qafqaz Universitetinin rektoru Ahmet Sanıç da “Vicdan sustuğunda” ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər. Qeyd edək ki, mərasim Azərbaycanda Atatürk Mərkəzində təşkil olunub.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?sectionId=2332&newsId=38713

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF